11 Dekabr 2025 23:34
300
CƏMİYYƏT
A- A+
Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

Misirdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gününün 22-ci ildönümü ilə əlaqədar Misirin Qalubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Misirdəki Azərbaycan icmasının rəhbəri Seymur Nəsirov, eləcə də əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əbduləzim Səid, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri iştirak ediblər.

Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq onun heykəlinin önünə Qalubiyyə vilayətinin qubernatorluğu, Azərbaycan səfirliyi və Azərbaycan icmasının adından əklillər qoyulub və gül dəstələri düzülüb.

Misir-Azərbaycan Dostluq Parkında yerləşən kitabxanada Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş materiallarla tanışlıq olub.

Burada çıxış edən səfir Elxan Poluxov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. Misir-Azərbaycan Dostluq Parkındakı Ümumilli Liderin abidəsinin iki dövlət arasında dostluq münasibətlərinin şahidi olduğunu qeyd edən səfir Qalubiyyə qubernatorluğunun bu abidənin qorunub saxlanmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.

Azərbaycanla Misir arasında münasibətlərə toxunan diplomat əlaqələrin inkişafına töhfə verəcək hadisələrin bu il daha zəngin olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak etməsi hər iki ölkənin öz regionlarında sülh gündəliyində aparıcı rol oynadıqlarını və sadiqliyi qoruduqlarını bir daha göstərir.

Eyni zamanda, Azərbaycanın D-8 qrupuna üzv dövlətlərin nazirlərinin iclaslarında təmsil olunması və bu çərçivədə keçirilən görüşlər ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına töhfə verir. Bildirilib ki, bu yaxınlarda Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının üzə çıxarılması və inkişafı baxımından mühüm tədbir olub.

Bundan başqa, səfir Misirin Qalubiyyə qubernatorluğunun əl-Ubur şəhərinin Misir-Azərbaycan dostluğu adını daşıyan məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılmasının xalqlarımız arasında mədəni əlaqələrin dərinləşməsi baxımdan əhəmiyyətini qeyd edib.

Qalubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə çıxışında ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək əlaqələrin inkişafında Heydər Əliyevin xüsusi rol oynadığını, buna görə də onun Misirdə həmişə xoş xatirələrlə yad edildiyini vurğulayıb. Qubernator, Dostluq Parkında Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edəcək müxtəlif tədbirlərin təşkilinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Daha sonra qubernator iki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi davamlı dəstəyə görə, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxova vilayətin fəxri nişanını təqdim edib. O, Misirin gözəl turizm məkanlarından biri olduğunu bildirərək yaxın günlərdə Azərbaycandan gələn turistlərin sayının artacağına ümid etdiyini bildirib.

Daha sonra Azərbaycan səfiri və Qalubiyyə vilayətinin qubernatoru yerli mediaya müsahibələr veriblər. Tədbir bir çox yerli mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

17:31
27 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!