16 Mart 2024 08:50
3842
Təhsil
A- A+
Mingəçevir Dövlət Universiteti Latviya universitetləri ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universiteti Latviya universitetləri ilə əməkdaşlıq edəcək

 

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari ilin 4-8 mart tarixlərində Latviyada xidməti səfərdə olub. Əsas məqsəd Latviyanın müvafiq ali təhsil müəssisələri ilə MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasıdı.
Latviyanın RISEBA Tətbiqi Elmlər Universitetinin rəsmi dəvəti əsasında reallaşan səfər çərçivəsində Ş.Bayramov sözügedən universitetin rektoru, prorektorları, dekanları və digər rəhbər heyət üzvləri ilə görüşlər keçirib. Universitetlər arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə edilib. Ş.Bayramov RISEBA Universitetinin elmi-pedaqoji potensialı və müasir infrastrukturu ilə yaxından tanış olub.
Müzakirələrdən sonra MDU ilə RISEBA Universiteti arasında anlaşma memorandumu imzalanıb. Rektorlar Ş.Bayramov və Lucija Rutka tərəfindən imzalanan memorandum universitetlər arasında tələbə, magistrant, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini, ortaq elmi tədqiqatların aparılmasını, birgə elmi konfrans və forumların keçirilməsini, ikili diplom proqramlarının yaradılması imkanlarının araşdırılmasını və digər birgə fəaliyyətlərin reallaşdırılmasını nəzərdə tutur.
Səfər çərçivəsində Ş.Bayramov RISEBA Universitetinin  təşkilatçılığı və evsahibliyi, MDU və digər bir neçə xarici universitetin tərəfdaşlığı ilə "Gələcəyin mənzərəsi 2024: cəmiyyətlərin dayanıqlı inkişafı naminə xalqlar arasında körpü" ("FutureScape 2024: Bridging nations for sustainable development of societies") mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib. Konfransın açılış mərasimində giriş nitqi söyləyən Ş.Bayramov birgə konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb, tədbiri dayanıqlı inkişaf sahəsində məhsuldar elmi müzakirələrin aparılması və yeni tədqiqat istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirib. Konfransda 10-dan çox ölkəni təmsil edən alimlərin "yaşıl iqtisadiyyat", rəqəmsal transformasiya, süni intellekt, əmək bazarı və digər əhəmiyyətli mövzularda maraqlı məruzələri dinlənilib. Ş.Bayramov konfransda "Dayanıqlı inkişaf: konseptual mahiyyəti, reallıqlar və təcrübələr" mövzusunda məruzə edib. Hibrid formatda keçirilən konfransa məsafədən qoşulan AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçerin "Ali təhsil müəssisələrində "yaşıl kampus" yanaşması: reallıqlar, çağırışlar və həllər" və MDU-nun kafedra müdiri Mehdi Rəhimovun "Dayanıqlı inkişaf və yeni nəslin ehtiyacları kontekstində modern kurrikulum hazırlığı" adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Ş.Bayramov səfər çərçivəsində RISEBA Universitetinin tələbələri üçün ustad dərsi verib. "Müasir dünya iqtisadiyyatı: yeni trendlər və əsas çağırışlar" mövzusunda keçirilən dərs tələbə və müəllimlərin böyük marağına səbəb olub.
Latviyaya səfəri çərçivəsində Ş.Bayramov bu ölkənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Riqa Texniki Universitetinin rektoru Talis Juhna ilə də görüşüb. Görüşdə hər iki universitetin strateji hədəfləri, mövcud kadr hazırlığı istiqamətləri və tədqiqat potensialı barədə məlumat mübadiləsi aparılıb. Birgə fəaliyyət imkanları müzakirə edilib, əməkdaşlığın yaradılmasını nəzərdə tutan bir sıra məsələlər barədə ilkin razılıq əldə olunub.
RISEBA Universitetində və Riqa Texniki Universitetində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyinin birinci katibi Bəxtiyar Musayev da iştirak edib.
Səfər çərçivəsində Latviyanın flaqman ali təhsil müəssisəsi hesab olunan Latviya Universitetinin yeni seçilmiş rektoru Gundars Berzins ilə də görüş keçirilib. Ş.Bayramov görüşdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri Elnur Sultanovla birlikdə iştirak edib. Görüşdə Azərbaycanla Latviya arasındakı strateji əməkdaşlığın davamlı inkişaf etməsi vurğulanıb, ikitərəfli münasibətlərin ümumi məzmununda ali təhsil sahəsində işbirliyinə xüsusi əhəmiyyət verilməsi diqqətə çatdırılıb. MDU ilə Latviya Universiteti arasında potensial əməkdaşlıq imkanlarına dair məhsuldar müzakirələr aparılıb, növbəti mərhələdə atılacaq birgə addımlar barədə ilkin razılıq əldə olunub.
Latviyaya səfər müddətində rektor Ş.Bayramov Rezekne şəhərində yerləşən Rezekne Texnologiyalar Akademiyasını da ziyarət edib və bu ali təhsil müəssisəsinin rektoru İveta Mietule ilə görüşüb. Mühəndislik və təhsil istiqamətləri üzrə ixtisaslaşan bu region universiteti ilə MDU arasında birgə fəaliyyət imkanları yüksək dəyərləndirilib.
Məhsuldar keçən Latviya səfərinin hazırda modernləşməkdə olan MDU-nun beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfələr verəcəyi gözlənilir.

Ü.XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

Qızıl və gümüş bahalaşıb

10:47
26 Avqust

“Brent”in qiyməti 87 dollara enib

10:45
26 Avqust

Azərbaycan nefti 91,93 dollara satılır

10:43
26 Avqust

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

10:37
26 Avqust

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında "yaşıl" körpü olacaq

08:40
26 Avqust

Rəqəmsal inkişafın mərkəzində duran Azərbaycan reallığı

08:35
26 Avqust

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

08:30
26 Avqust

Azərbaycan yeni dünya düzəninin formalaşmasında iştirak edən ölkədir

08:25
26 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri türk dünyasının inteqrasiyasına böyük təkan verir

08:20
26 Avqust

Yeni uğurlar, yeni hədəflər: Özbəkistanla milyardlıq ticarət əlaqələrimiz qurulacaq

08:15
26 Avqust

Qəhrəmanlıq tariximizin daha bir səhifəsi

08:10
26 Avqust

LAÇIN: Zəfər və quruculuq meydanı

08:05
26 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq

08:00
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!