21 Aprel 2024 09:05
6243
Təhsil
A- A+
Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

 

2024-cü ilin 16-18 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 6-cı MENA Ali Təhsil Liderlik Forumu (The 6th MENA Higher Education Leadership Forum) keçirilib. "Əlaqələndirilmiş yeni nəsil universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti" mövzusuna həsr olunan forum digər beynəlxalq tərəfdaşlarla birlikdə BƏƏ-nin İnnovasiyaların Öyrənilməsi və Müvafiq Bilik Həlləri Mərkəzi (Center for Learning Innovations and Customized Knowledge Solutions - CLICKS) tərəfindən təşkil olunub. Forumda 35-dən artıq ölkədən 200-dən çox universitetin rektoru və ali təhsil mütəxəssisi, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Forumda təhsil və tədqiqat prosesində davamlılıq, tədris və öyrənmə prosesinin institusional inkişafı, ali təhsildə tələbə iştirakçılığının artırılması, universitetlərin transformasiyası, qlobal sülhün təmin olunmasında universitetlərin davamlı artan rolu, yaşıl və rəqəmsal keçidin ali təhsil üçün yaratdığı yeni çağırışlar, liderlik strategiyalarında innovasiyaların stimullaşdırılması məzmununun gücləndirilməsi, innovasiyaların sosial təsirləri, adaptiv tədris metodları, ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması, rəqəmsal erada yeni pedaqoji alətlər və digər mövzularda "dəyirmi masa"lar, panel müzakirələri, seminarlar və təqdimatlar keçirilib.
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov forumda iştirak edib. Rektor forum çərçivəsində təşkil olunan "Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya" (Aligning Higher Education with Societal Needs: Adapting to Changing Demands) mövzusunda panel müzakirələrdə çıxış edib.
Azərbaycan, Kanada, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan universitet rəhbərlərinin məruzəçi qismində iştirak etdikləri sözügedən paneldə ali təhsilin cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılmasının əhəmiyyəti, həmin ehtiyacların ödənilməsini hədəfləyən praktiki strategiyaların hazırlanması və həyata keçirilməsi, universitet-cəmiyyət əməkdaşlığının vacib komponentləri, kurrikulum, proqram və tələbə dəstək xidmətlərinin qlobal təfəkkürlü mütəxəssis hazırlığına uyğunlaşdırılması təcrübələri müzakirə edilib. 
Paneldə çıxış edən Ş.Bayramov ona ünvanlanan sualları həm Azərbaycandan olan ali təhsil müəssisəsinin rəhbəri, həm də Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) idarə heyətinin üzvü qismində cavablandırıb, mövzu barədə fikirlərini təmsil etdiyi hər iki qurumun müvafiq təcrübəsi ilə əsaslandırıb. 
Rektor IAU-nun missiyası və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair dəyərləri və Ali təhsilin beynəlmiləlləşməsi üzrə 6-cı qlobal sorğusunun müvafiq nəticələrini diqqətə çatdırıb. Ş.Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun strateji məqsədlərindən və yerləşdiyi bölgənin ehtiyaclarını qarşılamaq sahəsində müvafiq təcrübəsindən bəhs edib. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini, eləcə də ölkəmizin bu il COP29-a evsahibliyi edəcəyini xüsusi vurğulayan rektor MDU-nun adıçəkilən hər iki təşəbbüs çərçivəsində ölkə miqyasında həyata keçiriləcək tədbirlərə fəal töhfə verməyə çalışdığını qeyd edib. Bu baxımdan, cari ildə universitet-cəmiyyət əməkdaşlığında "yaşıl" və dayanıqlı əsaslı sosial fəaliyyətlərin üstünlük təşkil etdiyini bildirib.
Panel müzakirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların təqdim etdikləri suallar cavablandırılıb.
Rektor forum çərivəsində keçirilən "Davamlılıq: tədqiqatdan təcrübəyə doğru" (Sustainability: from research to practice) mövzusunda seminara da qatılıb. Maraqlı və faydalı müzakirələrlə yadda qalan seminarda davamlılığın strateji planlaşdırmaya inteqrasiyası praktikasından, universitetin struktur bölmələri arasında əməkdaşlığın təşviqi strategiyalarından, sənaye tərəfdaşları ilə effektiv kommunikasiya alətlərindən, ali təhsildə davamlılığın uğurlu tətbiqi nümunələrindən və digər mövzulardan bəhs edilib.
Bununla yanaşı, Ş.Bayramov "Ali təhsildə tədrisin və öyrənmənin institusionallaşdırılması: akademik çevikliyin təşviqi" (Institutionalization of Teaching and Learning in Higher Education: Fostering Academic Agility) mövzusunda seminarda iştirak edib. Ali təhsil müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulmuş praktiki seminar tədris və öyrənmədə son tendensiyalar və onların ümumi ali təhsil ekosisteminə təsiri, tədris və öyrənmədə çevik təcrübələr, universitetlərin missiya və strateji məqsədlərinə uyğun olan effektiv tədris və öyrənmə strategiyalarının hazırlanması, tədris və təlim təşəbbüslərini dəstəkləyən zəruri təşkilati struktur və idarəetmə mexanizmləri, tədris və təlim mərkəzlərinin əsas performans göstəriciləri və digər məsələləri əhatə edib.
Ş.Bayramov forumda iştirak edən bir sıra universitet rektorları ilə Azərbaycanın evsahibliyi edəcəyi COP29 çərçivəsində birgə reallaşdırıla biləcək potensial fəaliyyətlər barədə faydalı müzakirələr aparıb, COP28-in keçirildiyi BƏƏ-ni təmsil edən müvafiq universitetlərin təcrübəsi ilə tanış olub.
Qeyd edək ki, 2013-cü ildən etibarən keçirilən MENA Ali Təhsil Liderlik Forumu dünyanın müxtəlif regionlarını təmsil edən universitet rəhbərləri, ali təhsil mütəxəssisləri, ali təhsil siyasətini formalaşdıran idarəediciləri və müvafiq beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Forum ali təhsil üzrə qlobal, beynəlxalq və regional trendlərin və əsas çağırışların müzakirəsi üçün davamlı platforma hesab edilir. Uğurla başa çatan altıncı forum tələbələri gələcək əmək bazarına hazırlayan innovativ öyrənmə və tədris metodları, tələbə uğuruna və gələcək nəsil liderlərinin hazırlanmasına töhfə vermək, ömürboyu öyrənmə, cəmiyyətə və davamlı inkişaf məqsədlərinə nail olunmasına fayda vermək kimi istiqamətlərdə universitetlərin perspektiv fəaliyyətlərini dəstəkləmək məqsədi daşıyıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!