16 İyun 2026 14:36
512
İQTİSADİYYAT
A- A+
Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB 


İyunun 16-da Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubada keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlətimizin başçısının kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb, həmçinin yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsini və özünütəminetmə səviyyəsinin artırılmasını zəruri edir. Prezidentin köməkçisi vurğulayıb ki, yeni Dövlət Proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri üzrə müəyyən edilmiş hədəflərdən bəhs edərək, suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.

Sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli idarə olunmasının və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O, regionlarda həyata keçirilən su təsərrüfatı layihələri, suvarma infrastrukturunun modernləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Agentlik sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində su resurslarından daha səmərəli istifadə, su itkilərinin azaldılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması əsas prioritetlərdəndir.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və Dövlət Proqramından irəli gələn vəzifələr barədə məlumat verib. O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərindən biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov Dövlət Proqramının icrası məqsədilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahəyə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya mühitinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatı məhsullarının istehsal və emal imkanlarının genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Çıxışlarda proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib.

Müşavirənin yekununda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. O, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.


11:11


Qubada “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edən regional tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Abşeron, Sumqayıt, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan fermer və sahibkarlar iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
28 İyul

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, zərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:03
28 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:00
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:00
28 İyul

“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

02:58
28 İyul

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

02:57
28 İyul

REQUEST FOR EXPRESSIONS OF INTEREST (CONSULTING SERVICES – FIRMS SELECTION)

02:56
28 İyul

Rumıniya Rusiya diplomatını ölkədən çıxarır

19:41
27 İyul

Tramp İranla danışıqlara daha bir şans vermək üçün hücumları dayandırmaq qərarına gəldiyini açıqlayıb

19:39
27 İyul

Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə pilot layihələr icra olunacaq

19:08
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!