16 İyun 2026 15:17
443
CƏMİYYƏT
A- A+
Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb  


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyası ilə əməkdaşlıq çərçivəsində Çinin Şanxay və Uhan şəhərlərində beynəlxalq səviyyəli gənclər proqramları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirlər “Qlobal Gənclərin İnkişaf Proqramı” çərçivəsində həyata keçirilib və dünyanın müxtəlif ölkələrindən gənc sahibkarları, startap yaradıcılarını, gənc liderləri və ekspertləri bir araya gətirib. Bu il həm də Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə irəli sürülmüş Qlobal Gənclərin İnkişaf Proqramının elan olunmasının beşinci ildönümü qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlər qlobal gənclər əməkdaşlığının inkişafı, innovasiyaların təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunun gücləndirilməsinə həsr olunub.

İyunun 11–14-də Şanxayda keçirilən “Gənc sahibkarlar və startap yaradıcıları akselerasiya” təlim proqramında İpək Yolu coğrafiyasını təmsil edən 21 gənc - sahibkar, startap yaradıcısı və ya innovativ layihələrin müəllifləri iştirak edib. Təlim proqramı çərçivəsində texnologiya və innovasiya, süni intellekt, sağlam həyat tərzi, davamlı istehsal və inkişaf, yaradıcı iqtisadiyyat, müasir media, musiqi və mədəniyyət, iqtisadi inkişaf, sahibkarlıq və könüllülük kimi istiqamətlər üzrə müzakirələr aparılıb. İştirakçılar beynəlxalq komandalar şəklində 8 İşçi qrupunda fəaliyyət göstərərək layihələrini inkişaf etdirib, müxtəlif ölkələrdən olan gənc sahibkarlarla əməkdaşlıq imkanlarını müzakirə ediblər. Ümumilikdə proqram çərçivəsində təqdim olunan 200-dən çox startap layihəsi arasından ən perspektivli 50 layihənin seçilərək Dünya Gənclərinin İnkişaf Forumuna təqdim edilməsi nəzərdə tutulub.

Akselerasiya həftəsinin əsas hissələrindən biri olan mentorluq proqramında 20-yə yaxın beynəlxalq mentor və ekspert iştirak edib. Mentorluq sessiyalarında UNICEF-in region üzrə daimi nümayəndəsi, BMT-nin Çin üzrə nümayəndəliyinin təmsilçiləri, Asiya-Sakit Okean regionu üzrə BMT-nin ekspertləri, eləcə də müxtəlif dövrlərdə BMT sistemində çalışmış mütəxəssislər iştirak ediblər. Onlar gənc sahibkarlarla görüşərək innovasiya, biznes idarəçiliyi, investisiya imkanları, marketinq strategiyaları, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində təcrübələrini bölüşüblər.

Tədbirdə, həmçinin Çin və digər ölkələrdən olan tanınmış sahibkarlar, akademiklər, startap ekosistemi nümayəndələri və beynəlxalq ekspertlər iştirakçılara beynəlxalq bazarlara çıxış, investisiya cəlbi və qlobal tərəfdaşlıqların qurulması istiqamətində tövsiyələr veriblər.

İyunun 15-də Uhan şəhərində Dünya Gənclərinin İnkişaf Forumu öz işinə başlayıb. Artıq 5-ci dəfə təşkil olunan forum dünyanın müxtəlif ölkələrindən gənc liderləri, sahibkarları, siyasətçiləri, tədqiqatçıları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirir. Açılış mərasimində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Gənclər Liqasının birinci katibi A Don, BMT-nin Baş katibinin gənclər məsələləri üzrə köməkçisi Felipe Paullier, BMT-nin Baş katibinin müavini Amina Mohammed, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviç və digər yüksəksəviyyəli qonaqlar çıxış ediblər. Çıxışlarda gənclərin qlobal inkişaf proseslərində iştirakı, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gənclərin qərarvermə proseslərinə cəlb olunması məsələləri ön plana çəkilib.

Forum çərçivəsində Şanxayda keçirilmiş Akselerasiya Təlim Proqramının nəticələri təqdim edilib. Seçilmiş iştirakçılar startap layihələrini beynəlxalq auditoriyaya təqdim edib, innovativ təşəbbüsləri barədə məlumat veriblər. Tanınmış sahibkar və “Xiaomi” şirkətinin təsisçisi Ley Cun gənc sahibkarların layihələrini qiymətləndirib, innovasiya və sahibkarlıq sahəsində təcrübəsini bölüşüb.

Forum çərçivəsində keçirilən “Yaradıcı iqtisadiyyat və müasir mədəniyyət” adlı tematik sessiyada Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva çıxış edərək sosial medianın müasir mədəniyyətin ayrılmaz hissəsinə çevrildiyini, onun həm müsbət, həm də mənfi təsirlərinin nəzərə alınmasının vacibliyini qeyd edib. O, mədəniyyətlərarası dialoqun, beynəlxalq əməkdaşlığın və gənclərin birgə fəaliyyətinin gələcək uğurların əsasını təşkil etdiyini vurğulayıb. Aytən Əliyeva, həmçinin Azərbaycanda gənclər siyasəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT və onun müxtəlif qurumları ilə həyata keçirilən layihələr haqqında məlumat verib. Qeyd edib ki, gənclər Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız faydalanan tərəfi deyil, eyni zamanda, bu məqsədlərin həyata keçirilməsində fəal tərəfdaş olmalıdırlar.

Forum çərçivəsində Dünya Gənclər İnkişaf Federasiyasının İdarə Heyətinə növbəti seçki keçirilib. Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva yenidən təşkilatın İdarə Heyətinin üzvü seçilib.

Forumun ilk gününün sonunda 2026-cı il Dünya Gənclərinin İnkişaf Forumu Gənclər Bəyannaməsi qəbul edilib. Bəyannamədə gənclərin dayanıqlı inkişaf, innovasiya, sahibkarlıq, könüllülük və beynəlxalq əməkdaşlıq sahələrində rolunun gücləndirilməsi ilə bağlı çağırışlar əksini tapıb. Forum çərçivəsində süni intellekt və gənclərin gücləndirilməsi, yaradıcı iqtisadiyyat və müasir mədəniyyət, könüllülük və əməkdaşlıq kimi mövzular üzrə tematik sessiyalarla davam edib.

Akselerasiya Təlim Proqramı və Dünya Gənclərinin İnkişaf Forumu müxtəlif ölkələrdən olan gənclər arasında yeni tərəfdaşlıqların qurulmasına, innovativ ideyaların inkişafına və gələcək beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

Əlaqələrin inkişafı Azərbaycanı Avropanın enerji bazarına çıxarır, Almaniya isə enerji təhlükəsizliyini təmin edir 

08:20
28 İyul

“Orta dəhlizin potensialı genişləndikcə, Azərbaycanın strateji rolu daha da güclənəcək”

08:15
28 İyul

Regionun geoiqtisadi mənzərəsini dəyişən Azərbaycan-Mərkəzi Asiya formatı 

08:10
28 İyul

Orta dəhliz, Zəngəzur dəhlizi və Qarabağın bərpası Avrasiyanın yeni geosiyasi arxitekturasının ayrılmaz hissələridir

08:05
28 İyul

Azərbaycanın uğurlu diplomatiya modeli

08:00
28 İyul

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında

03:17
28 İyul

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:16
28 İyul

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

03:15
28 İyul

N.E.Mustafayevanın Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

03:14
28 İyul

M.İ.Yevdayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

03:14
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

03:13
28 İyul

Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:13
28 İyul

Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında

03:12
28 İyul

"Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

03:12
28 İyul

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 452-VIIQD nömrəli Qanununun tətbiqi və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

"Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

03:11
28 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
28 İyul

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, zərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Lisenziyalar və icazələr haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 

03:03
28 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:00
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:00
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!