16 İyun 2026 14:26
451
CƏMİYYƏT
A- A+
ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir  


Qlobal iqlim dəyişiklikləri, yağıntıların qeyri-sabit xarakter alması və mövcud su ehtiyatlarına artan tələbat su resurslarının idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Bu çağırışları nəzərə alaraq Agentlik tərəfindən regionda su təminatının etibarlılığının yüksəldilməsi, infrastrukturun modernləşdirilməsi və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin sosial-iqtisadi inkişafında içməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Məhz Prezidentin bilavasitə təşəbbüsləri ilə son 20 ildə bu sahəyə əhəmiyyətli həcmdə dövlət vəsaiti yönəldilib, infrastruktur genişləndirilib və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Ağcabədidə keçirilən regional müşavirədə çıxışı zamanı deyib.

İlham Bayramov bildirib ki, hazırda regionun su təminatında mühüm rol oynayan əsas su təsərrüfatı obyektləri sırasında Qarabağ suvarma kanalı, Baş Mil kanalı, Yuxarı Mil kanalı və Tərtərçay suvarma sistemi xüsusi əhəmiyyətə malikdir. Bu mənbələrdən və mövcud suvarma şəbəkələrindən səmərəli istifadə olunması Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonları da daxil olmaqla, geniş ərazilərdə dayanıqlı su təminatı olan suvarma sahələrinin qorunmasına və kənd təsərrüfatı istehsalının davamlı inkişafına mühüm imkan yaradır. Bu baxımdan suvarma şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, kanalların yenidən qurulması və təmiri, su itkilərinin azaldılması və suvarma suyunun əkin sahələrinə vaxtında çatdırılması Qarabağ iqtisadi rayonunun aqrar potensialının daha səmərəli reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Dövlət investisiyaları ilə yanaşı, daxili imkanlar hesabına, 2025-ci ildə su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında 2,7 kilometr kanal beton üzlüyə alınıb, 3,2 kilometr boru xətti və 96 subartezian quyusu təmir edilib. Cari il ərzində də qeyd edilən rayonlar üzrə kanalların beton üzlüyə alınması, boru xətlərinin təmiri və subartezian quyularının bərpası istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur. Həyata keçirilən və planlaşdırılan bu tədbirlər suvarma sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, su itkilərinin azaldılmasına və kənd təsərrüfatının davamlı inkişafına xidmət edir.

“Əsas hədəflərimizdən biri su resurslarından rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır. Bilirsiniz ki, ənənəvi selləmə suvarma ilə müqayisədə damcı və pivot suvarma sistemlərinin tətbiqi su sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, məhsuldarlığın artırılmasına da imkan yaradır. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin mühüm hissəsi də məhz müasir və innovativ suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, rəqəmsal monitorinq və idarəetmə sistemlərinin qurulmasına, su uçotunun təkmilləşdirilməsinə, yəni mənbələrdən başlayaraq son istehlakçılar və su istifadəçiləri ilə əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə yönəlmişdir. Çünki müasir çağırışlara əsasən, aqrar sektorun inkişafı yalnız yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və ekstensiv genişləndirilmə ilə deyil, mövcud su və torpaq ehtiyatlarından daha səmərəli istifadə olunması ilə təmin edilməlidir”, - deyə o qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 95 dollara satılır

10:31
28 İyul

Pentaqon: İranla münaqişədə 624 hərbçi yaralanıb, 18 nəfər həlak olub

10:30
28 İyul

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

10:29
28 İyul

CNN: ABŞ Ukrayna münaqişəsinə son qoymağın vaxtının çatdığını düşünür

10:28
28 İyul

Tramp: ABŞ olmadan İsrail mövcud ola bilməzdi

10:27
28 İyul

 Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub

10:26
28 İyul

Yay mövsümündə gigiyena qaydalarına xüsusi diqqət yetirilməlidir

09:35
28 İyul

Sietl qida festivalında atışma: ölənlər və yaralananlar var

09:30
28 İyul

Parisdə insanlar hücuma məruz qalıblar

09:25
28 İyul

Olimp dağı, Normandiya çimərlikləri, İranın Əlamut qalası... 

09:20
28 İyul

Ürəyi ilə yaradan rəssam

09:15
28 İyul

Xəzərin qoruduğu Bayıl qalası

09:10
28 İyul

Qusar: yerli fermer və sahibkarların təklifləri nəzərə alınacaq

09:05
28 İyul

Göygöldə keçirilən V Milli Yaylaq Festivalı iştirakçılara xoş anlar yaşatdı

09:00
28 İyul

Hədəf bəlli, məqsəd aydındır

08:55
28 İyul

Azərbaycan dialoqu təşviq edən bir ölkə kimi mövqeyini möhkəmləndirib

08:50
28 İyul

Azərbaycan-Böyük Britaniya əlaqələri dinamik inkişaf edir

08:45
28 İyul

Ermənipərəst konqresmenlər sülhü hədəf alıb

08:40
28 İyul

Yeni regional geosiyasi reallıqlar və Qərbi Azərbaycan məsələsi

08:35
28 İyul

Tarixin hökmü və şəxsiyyətin məsuliyyəti

08:30
28 İyul

“Türkiyə və Azərbaycan yeni geosiyasi düzənin mərkəzində yer alan əsas tərəfdaş ölkələrdir”

08:25
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!