16 İyun 2026 14:13
532
İQTİSADİYYAT
A- A+
Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB 


İyunun 16-da Qarabağ iqtisadi rayonunda Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Ağcabədidə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlətimizin başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar, həmçinin Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının aqrar inkişaf perspektivləri barədə məlumat verib. O vurğulayıb ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəd olmaqla, kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni nəzərdə tutur. Qeyd edilib ki, proqramda müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, aqrar maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə tədbirlər planlaşdırılıb. Bildirilib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri müzakirə etmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramı çərçivəsində Qarabağ iqtisadi rayonu üzrə nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılmasını hədəfləyir. Qeyd olunub ki, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Təqdimatda buğda və pambıq istehsalında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyasının tətbiqi, taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılması, intensiv bağçılıq, heyvandarlıq və qoyunçuluğun inkişafı üzrə tədbirlər, eləcə də fermer və sahibkarlar üçün nəzərdə tutulan subsidiya və güzəştli maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov çıxışında Qarabağ iqtisadi rayonunun aqrar potensialının reallaşdırılmasında etibarlı və dayanıqlı su təminatının mühüm rolundan danışıb. O, region üzrə Agentliyin xidmət göstərdiyi ərazilərdə 249 min 307 hektar suvarılan sahə üçün cari ildə 1 277,651 milyon kubmetr suvarma suyunun təmin edilməsinin planlaşdırıldığını, Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında isə ümumilikdə 5272 kilometr suvarma infrastrukturunun mövcud olduğunu qeyd edib. Bildirilib ki, qeyd edilən rayonlar üzrə 29 Su İstifadəçiləri Birliyi 249 min 870 hektar xidməti ərazini əhatə edir və 256 kənd üzrə 78 min 147 su istifadəçisinə xidmət göstərir. Çıxışda Qarabağ suvarma kanalı, Baş Mil kanalı, Yuxarı Mil kanalı və Tərtərçay suvarma sisteminin regionun su təminatında xüsusi əhəmiyyəti, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və Dövlət Proqramının icrası çərçivəsində fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər barədə məlumat verilib.

Daha sonra çıxış edən sahibkarlar Ağcabədi rayonundan Vüqar Ağayev, Bərdə rayonundan Afəddin Hüseynov və Zaur İsmayılov, habelə Füzuli rayonundan fermer Facət Heydərov və Tərtər rayonundan fermer Arif Orucov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar bildiriblər ki, proqram çərçivəsində yaradılan yeni imkanlar aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və fermer təsərrüfatlarının daha dayanıqlı inkişafına töhfə verəcək.

Müşavirənin yekununda Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrasının təmin olunması məqsədilə yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin Dövlət Proqramının fermerlər və sahibkarlar arasında geniş təbliğinin təşkili, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində özəl sektorun fəal iştirakının təmin edilməsi və aqrar dəyər zəncirinin bütün həlqələri üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.


11:04


Ağcabədi rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak edirlər.

Regional müşavirə çərçivəsində Dövlət Proqramının əsas məqsədi və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi və digər məsələlər müzakirə olunur.

Görüş Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri Efiopiya Xalq Nümayəndələri Palatasının rəhbəri ilə görüşüb

22:14
28 İyul

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd edilib

21:18
28 İyul

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!