30 Oktyabr 2026 08:05
217
SİYASƏT
A- A+
Milli mənafelərə söykənən müstəqil siyasət

Milli mənafelərə söykənən müstəqil siyasət


Heç bir təzyiq və diktə Azərbaycanı öz yolundan, strateji hədəflərindən yayındırmaq gücündə deyil


Azərbaycanın müasir dövlətçilik tarixi yüksəliş, milli iradənin təntənəsi və geosiyasi arenada öz sözünü demək bacarığı ilə xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət nəticəsində Azərbaycan regionda və qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Müstəqilliyini bərpa edərkən mürəkkəb siyasi böhranlar, iqtisadi tənəzzül və hərbi təcavüzlə üz-üzə qalan ölkəmiz bu gün qlobal səviyyədə maraqları nəzərə alınan orta güc hesab olunur. 

Azərbaycan hazırda qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin mərkəzidir. Cənubi Qafqaz regionunda formalaşan yeni reallıqlar məhz dövlət başçımızın güclü iradəsi və müstəqil siyasi xətti sayəsində mümkün olub. Onilliklər boyunca davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkəmiz, sadəcə, hərbi meydanda deyil, diplomatik cəbhədə də böyük zəfərlər qazanıb. Azərbaycan indi də regionda dayanıqlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edir. 

Dünya nizamının pozulduğu, güc amilinin ön plana çıxdığı bir zamanda Azərbaycanın həm Şərq, həm Qərb, həm də Şimal və Cənub qütbləri ilə bərabərhüquqlu münasibətlər qurması ölkəmizin çevik və uzaqgörən xarici siyasət strategiyasının göstəricisidir. Bununla belə, əldə etdiyimiz tarixi uğurlar və tamamilə müstəqil xarici siyasət kursumuz bir sıra siyasi mərkəzlərin narahatlığına səbəb olur. İndiyədək Azərbaycana çoxsaylı təzyiq cəhdləri olsa da, dövlətimizin qətiyyəti sayəsində qurulan çirkin planların hamısı boşa çıxıb, iflasa uğradılıb. Azərbaycan öz yolunu, milli maraqların qorunmasını, ərazi bütövlüyünü və müstəqil xarici siyasət istiqamətini bütün təhdidlərə rəğmən əzmkar şəkildə davam etdirib. 

Bütün təzyiq cəhdlərinin, ikili standartların və qarayaxma kampaniyalarının məqsədi ölkəmizi haqlı yolundan yayındırmaq, suveren qərarlar qəbul etməsinə mane olmaq və onu kənar diktələrdən asılı vəziyyətə salmaq olub. Lakin Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqla iqtidarın sarsılmaz birliyi bütün bu cəhdləri fiaskoya uğradıb. Eyni zamanda baş verən proseslər fonunda regiondakı digər aktorların mövqeyi də aydın görünür. Hər zaman kənar güclər tərəfindən himayə olunan, geosiyasi alət kimi istifadə edilən Ermənistan isə daim vassal dövlət olub, xarici mərkəzlərdən tam asılı vəziyyətdə qalıb. Məhz Ermənistanın öz suverenliyini kənar mərkəzlərin maraqlarına qurban verməsi, müstəqil siyasət yürütməməsi bu ölkədə dövlətçilik böhranını dərinləşdirib. 

Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət tamamilə milli maraqlara, suverenlik prinsiplərinə və xalqın ali mənafelərinə söykənir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasət daim müstəqil prinsiplərə əsaslanıb və heç bir kənar gücün daxili işlərə müdaxiləsinə yol verməyib. Azərbaycanın qlobal diplomatiyada nümayiş etdirdiyi çeviklik tərəfdaşlıq əlaqələrində də özünü göstərir. Ölkəmizin bir-birinə əks mövqedə dayanan, zidd olan siyasi qütblərlə bərabərhüquqlu tərəfdaşlığı, birləşdirici və barışdırıcı rolu, qlobal təşəbbüslərin müəllifi kimi çıxış etməsi təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu diplomatiya real nəticələrə söykənən ən doğru strategiyadır. Azərbaycan heç bir blokun qarşıdurma alətinə çevrilmədən bütün tərəflərlə qarşılıqlı hörmət və milli maraqlar çərçivəsində əməkdaşlıq qurmağı bacaran etibarlı, müstəqil tərəfdaşdır.

Qərəzli dairələr isə bu reallıqla barışmaq istəmir, ölkəmizin müstəqil iradəsini həzm edə bilmir və Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməyə davam edirlər. Dövlətimizin daxili işlərinə qarışmağa cəhd edənlər, kənardan "ağıl öyrətməyə", "dərs keçməyə" çalışanlar unutmasınlar ki, Azərbaycan dövləti və xalqı heç bir kənar diktəni, təzyiqi və ya üstünlük iddialarını qəbul etmir. 

Bu kontekstdə dövlətimizin başçısının qətiyyətli və dəyişməz mövqeyi beynəlxalq ictimaiyyətə açıq bir mesajdır: "İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu, bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq. Hər hansı hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, həmçinin kiminsə bizə nə isə diktə edə biləcəyi barədə əsassız düşüncələr tərəfimizdən müqavimətlə və çox qətiyyətli mövqe ilə qarşılanıb, bundan sonra da belə olacaq". 

Azərbaycana mühazirə oxumağa cəhd edənlər əvvəlcə ölkələrindəki problemlərin həlli ilə məşğul olsunlar. Öz cəmiyyətlərində tüğyan edən irqçilik, ksenofobiya, polis zorakılığı və siyasi böhranlara nəzər salsınlar. Daxillərində dərin sosial, siyasi və iqtisadi ziddiyyətlərlə üzləşən, insan hüquqlarının kütləvi pozulması halları ilə önə çıxan bəzi Qərb ölkələrinin başqa suveren dövlətlərə mənəviyyat və demokratiya dərsi keçməyə heç bir mənəvi və hüquqi haqqı yoxdur. 

Biz həmin dairələrin həqiqi niyyətinin nə olduğunu, hansı maraqlara qulluq etdiklərini yaxşı bilirik. Bu gün Azərbaycana nifrət püskürən Qərbdəki bəzi siyasi dairələr vaxtilə Qarabağı Ermənistana peşkəş etmək istəyənlər, 30 il boyunca işğal faktına göz yumanlar və separatçılığı gizli şəkildə dəstəkləyənlər idi. Torpaqlarımızın işğalına, bir milyondan çox vətəndaşımızın qaçqın və məcburi köçkün düşməsinə səssiz qalanlar, ikili standartlar siyasətini diplomatik normaya çevirənlər "insan hüquqları və ya demokratiya" pərdəsi altında ölkəmizə təzyiq göstərməyə, onun suveren qərarlarına kölgə salmağa çalışırlar. 

Azərbaycana qarşı yönələn hər bir təzyiq, qarayaxma kampaniyası və ya daxili işlərimizə müdaxilə cəhdi bundan sonra da sərt şəkildə qarşılıq görəcək. Müstəqil inkişaf yolunu seçmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, beynəlxalq müstəvidə öz maraqlarını qorumağa qadir olan Azərbaycan dövləti milli qürurunu hər şeydən uca tutur. Ölkəmiz müəyyən etdiyi strateji hədəflərə doğru bundan sonra da inamla, qətiyyətlə irəliləməyə davam edəcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!