30 Oktyabr 2026 08:35
224
İQTİSADİYYAT
A- A+
BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi


Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən 9 il ötür


2007-ci il noyabrın 27-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əsası qoyulmuş  və 2017-ci il oktyabrın 30-da açılışı olmuşdur. Bir neçə il sonra isə xəttin modernləşdirilməsi həyata keçirilmişdir. Yenilənmiş Bakı-Tbilisi-Qars xətti üzrə ilk yük qatarı 2024-cü il  mayın 20-də Abşeron Logistika Mərkəzindən yola düşmüşdür.  

BTQ-nin uzunluğu təxminən 850 kilometrdir ki, onun  da böyük hissəsi - 504 kilometri ölkəmizin  ərazisindən keçir. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindədir. 

Bu xəttin istifadəyə verilməsi ilə qarşıya yolboyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsinin  və qarşılıqlı sərmayə qoyuluşunun artırılması,  ondan istifadə edən ölkələrin  əməkdaşlığının  dərinləşməsi məqsədi qoyulurdu. Yolun  həmin ölkənin geosiyasi əhəmiyyətini artıracağı,  əlavə imkanlar yaradacağı, sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi hədəflənirdi.

9 il əvvəl dəmir yolunun açılış mərasimində Prezident İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir... Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik". 

Dövlətimizin başçısı onu da qeyd etmişdir ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, layihə gerçəkləşdirilsin: "Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir".

BTQ  tarixi, strateji əhəmiyyətli layihədir. Bu dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu hazırda Orta dəhlizin əsas komponenti olaraq Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların qərb və şərq istiqamətində səmərəli həyata keçirilməsini təmin edir. Onun artırılmış yükdaşıma qabiliyyəti Azərbaycanın regionun logistika şəbəkəsində mühüm mərkəz kimi rolunu daha da gücləndirir.

Qeyd edildiyi kimi, Bakı-Tbilisi-Qars  dəmir yolu genişmiqyaslı modernləşdirmə işlərindən sonra tam gücü ilə istismara verilib və fəaliyyətini uğurla davam etdirir. Xətt üzrə əsas yeniliklər həm yükdaşıma, həm də sərnişindaşıma sahəsində mühüm mərhələyə qədəm qoyub.

BTQ-nin  hazırkı vəziyyəti ilə  bağlı əsas göstəricilər və yeniliklərə nəzər salaq. Gürcüstan hissəsindəki (Marabda-Kartsaxi sahəsi) yenidənqurma işlərindən sonra xəttin illik yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona (bəzi texniki təkmilləşdirmələrlə 7 milyon tona qədər) çatdırılıb. 

Xətdə  yeni idarəetmə tətbiq olunur. Belə ki, layihənin aktivlərini birgə idarə etmək üçün Azərbaycan və Gürcüstan tərəfindən müştərək "BTKI Railways" MMC yaradılıb və fəaliyyətə başlayıb.  Yenilənmiş infrastruktur sayəsində yük qatarlarının hərəkət sürəti təxminən 20 faiz artıb və rəqəmsal sistemlər vasitəsilə Ələt Beynəlxalq Limanı ilə birbaşa inteqrasiya təmin olunub. Beləliklə, marşrut Orta dəhliz (Middle Corridor) çərçivəsində Asiya və Avropa arasında ən cəlbedici keçidlərdən biridir.

Sərnişindaşıma sahəsindəki son vəziyyət də maraq doğurur. Məlum olduğu kimi, Bakı-Tbilisi-Bakı qatarı bərpa edilib. Uzunmüddətli (6 illik) fasilədən sonra Bakı ilə Tbilisi arasında sərnişin qatarlarının hərəkəti bərpa olunub. Qatar hər iki paytaxt arasında gündəlik reyslərlə fəaliyyət göstərir.

Sərnişin qatarları hələlik yalnız Bakı-Tbilisi marşrutu üzrə hərəkət edir. Tbilisi-Qars hissəsində sərnişindaşımanın tam şəkildə nə vaxt başlayacağı ilə bağlı rəsmi qrafik dəqiqləşdirilməyib, hazırda bu hissə əsasən intensiv yükdaşımalar üçün istifadə olunur. 

   

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!