30 Oktyabr 2026 08:37
219
İQTİSADİYYAT
A- A+
İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb


İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməsi nəticəsində Böyük Britaniyanın "Investors in People" təşkilatının "We Invest in People - Silver" (Gümüş) akkreditasiyasına layiq görülüb.

İSB-dən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyada təsis edilmiş "Investors in People" təşkilatı liderlik, insan kapitalının idarə edilməsi, əməkdaşların inkişafı və korporativ mədəniyyət sahələrində təşkilatların fəaliyyətini beynəlxalq meyarlar əsasında qiymətləndirir. "We Invest in People" proqramı "Standard", "Silver", "Gold" və "Platinum" olmaqla 4 səviyyəni əhatə edir. İSB akkreditasiya prosesində ilk dəfə iştirak etməsinə baxmayaraq, birbaşa "Silver" səviyyəsini əldə edib.

Akkreditasiya prosesi çərçivəsində İSB-nin liderlik yanaşmaları, strateji məqsədlərin əməkdaşlara çatdırılması, fəaliyyətin qiymətləndirilməsi, motivasiya mexanizmləri, təlim və karyera inkişafı imkanları, əməkdaşların qərarvermə proseslərində iştirakı və daxili kommunikasiya təcrübələri qiymətləndirilib. Nəticələr büronun korporativ mədəniyyətini, əməkdaşlıq mühitini və təşkilati inkişaf potensialını ön plana çıxarıb.

İSB üçün insan kapitalının inkişafı rəqəmsal transformasiya, texnoloji innovasiyalar və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi kimi strateji hədəflərin mühüm tərkib hissəsidir. Bu istiqamətdə əməkdaşların bilik və bacarıqlarının artırılması, fəaliyyət nəticələrinin qiymətləndirilməsi, təcrübə mübadiləsi və daxili kommunikasiyanın gücləndirilməsi üzrə təcrübələr davamlı olaraq təkmilləşdirilir.

İSB beynəlxalq qiymətləndirmə nəticələrini nəzərə alaraq liderlik bacarıqlarının gücləndirilməsi, əməkdaşların iştirakçılığının artırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Google" kibertəhlükəsizlik üçün "Gemini 4 Carbon" süni intellekt modelini təqdim edib

09:00
30 Oktyabr

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

08:55
30 Oktyabr

"AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib

08:50
30 Oktyabr

Başıbəlalı sözlər

08:45
30 Oktyabr

Ədəbiyyatımızın silinməz imzası

08:40
30 Oktyabr

İcbari Sığorta Bürosu "We Invest in People - Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

08:37
30 Oktyabr

BTQ: Orta dəhlizin ən cəlbedici polad keçidi

08:35
30 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
30 Oktyabr

Ermənistan öhdəliklərini icra etməlidir

08:25
30 Oktyabr

Arzusu Qarabağın işğaldan azad olması idi

08:20
30 Oktyabr

Bütövləşən Vətən, yarımçıq qalan ömür

08:15
30 Oktyabr

Azərbaycanın güc mənbəyi

08:10
30 Oktyabr

Milli mənafelərə söykənən müstəqil siyasət

08:05
30 Oktyabr

Biz unutmamışıq və heç zaman da unutmayacağıq!  

08:00
30 Oktyabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

00:47
30 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

23:49
29 Oktyabr

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır  

23:06
29 Oktyabr

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

21:39
29 Oktyabr

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb  

21:07
29 Oktyabr

Xalq artisti Zaur Rzayev vəfat edib

19:44
29 Oktyabr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb  

19:41
29 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!