05 Oktyabr 2022 20:21
756
PARLAMENT
A- A+
Milli Məclisin sədri Sahibə Qafarova Cakartada Namibiya Milli Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Cakartada Namibiya Milli Şurasının sədri ilə görüşüb

 

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyaya işgüzar səfəri çərçivəsində paytaxt Cakartada Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Azərbaycan ilə Namibiya arasında ikitərəfli münasibətlərin qısa tarixə malik olmasına baxmayaraq, ölkələrimiz arasında qarşılıqlı faydalı ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial olduğunu bildirib.

Milli Məclisin sədri ölkələrimizin beynəlxalq platformalarda əməkdaşlığından razılığını ifadə edərək, Qoşulmama Hərəkatı çərçivəsində də faydalı əlaqələrin mövcudluğunu diqqətə çatdırıb. O xatırladıb ki, 2019-cu il oktyabrın 23-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Toplantısı çərçivəsində Namibiya Respublikasının Prezidenti Hage Qotfrid Geinqobun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. S.Qafarova, həmçinin Namibiyanın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın parlament ölçüsünün yaradılması ilə bağlı təşəbbüsünə dəstəyini vurğulayaraq qeyd edib ki, bu ölkənin parlament nümayəndə heyəti Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə keçirilən təsis iclasında iştirak edib. Namibiya Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında da təmsil olunub.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi, Bakı Konfransının nəticələri, təşkilatın qarşısında duran vəzifələr, planlaşdırılan tədbirlər barədə məlumat verib.

Namibiya Respublikası Milli Şurasının sədri Lukas Sinimbo Muha Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, bu kontekstdə qanunverici orqanlar arasında əməkdaşlığın rolunu qeyd edib.

Lukas Sinimbo Muha beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışaraq qeyd edib ki, BMT, Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi beynəlxalq platformalarda əməkdaşlıq onun ölkəsi üçün olduqca vacibdir. O cümlədən Namibiya Qoşulmama Hərəkatı ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və təşkilatın beynəlxalq münasibətlər sistemində fəal rolunu yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!