13 Noyabr 2023 18:52
1423
PARLAMENT
A- A+
Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Milli Məclisin sədri ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Azərbaycan ərazilərinin 30 illik işğalı və onun nəticələri, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında fikirlərini bildirib. O, 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məhz ölkəmizin beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən ərazi bütövlüyünə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürdüyünü diqqətə çatdırıb. O, təəssüflə qeyd edib ki, Ermənistan sülhə nail olmaq üçün lazımi siyasi iradə nümayiş etdirməyib. Belə ki, Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirməyib, Azərbaycana qarşı hərbi–siyasi təxribatları davam etdirib.

Milli Məclisin sədri bu ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri barədə məlumat verib. O qeyd edib ki, antiterror tədbirləri beynəlxalq hüquq normalarına tam uyğun olaraq həyata keçirilib. Mülki infrastruktura heç bir ziyan dəyməyib və mülki əhaliyə qarşı heç bir zorakılıq faktı qeydə alınmayıb.

Sahibə Qafarova, həmçinin Qarabağın etnik erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən təklif olunan tədbirlər barədə də danışıb. O, buna baxmayaraq, Ermənistanın azərbaycanlıların Ermənistana geriqayıtma hüququnu inkar etdiyini diqqətə çatdırıb.

Ermənistan tərəfindən törədilən mina təxribatları barədə də danışan Milli Məclisin sədri bildirib ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan çox mina bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir.

Milli Məclisin sədri, həmçinin ölkəmizə qarşı müşahidə olunan ikili standartları sərt tənqid edib. O, istər Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 ilə yaxın dövr ərzində, istərsə də ölkəmizin öz torpaqlarını azad etdikdən sonra ötən müddətdə müşahidə olunan ikili standartların qəbuledilməz olduğunu bildirib.

Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazın təhlükəsiz və sabit gələcəyi üçün əsas maraqlı tərəfdir və Azərbaycan regionda sülh gündəliyinin irəliləyişinə sadiqdir. Təəssüflə qeyd edilib ki, Ermənistan sülh naminə çalışmaq əvəzinə hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Milli Məclisin sədri Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün imkan və platformalardan istifadəyə davam etdiyini bildirib və bəzi beynəlxalq təşkilatlarda Ermənistanın bu yalanlarının dəstək görməsinin təəssüf doğurduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycanın guya "etnik təmizləmə" aparması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən iddialar əsassız və yalandır. Real vəziyyəti təhrif edən, nifrət və düşmənçiliyi davam etdirən istənilən cəhdin qarşısı alınmalıdır və vəziyyəti çətinləşdirəcək birtərəfli hərəkətlərdən, bəyanatlardan çəkinmək vacibdir. Milli Məclisin sədri bu çərçivədə ATƏT PA-nın tədbirlərinin Ermənistanın Azərbaycana qarşı yalan təbliğatı üçün bir platformaya çevrilməməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə ATƏT PA-nın Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından mümkün rolu barədə də fikirlər səsləndirilib.

Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri haqqında da müzakirələr aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!