25 Sentyabr 2026 21:50
2530
PARLAMENT
A- A+
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb


Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da keçiriləcək iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı;

Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında;

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə);

Azərbaycan Respublikası Prezidentinin etirazı ilə qaytarılmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 453-VIIQD nömrəli Qanunu;

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi;

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi;

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 

18:57
05 Noyabr

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub  

17:23
05 Noyabr

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq  

17:17
05 Noyabr

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub  

17:09
05 Noyabr

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub  

17:06
05 Noyabr

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

16:52
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 

16:43
05 Noyabr

“Hizbullah” Yəməndə husilərin tərəfində döyüşməsi ilə bağlı iddiaları təkzib edib  

16:36
05 Noyabr

Keniyanın Baş naziri Azərbaycanla əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb  

16:30
05 Noyabr

Adam Qrin: Azərbaycanın bərpaolunan enerji sahəsində gələcəyi olduqca perspektivlidir  

16:18
05 Noyabr

“BMW” mənfəət xəbərdarlığına baxmayaraq xərcləri azaltmaqla səhmlərini yüksəldib

16:13
05 Noyabr

NASA-nın “Swift” rəsədxanası Yer atmosferinə daxil olub

16:12
05 Noyabr

ABŞ-də keçirilən seçkilərdə Demokratlar üstünlük qazanıblar  

16:09
05 Noyabr

Məkkə Sazişinin ilk maddəsi qəbul olundu

16:00
05 Noyabr

Vergi daxilolmalarında 1,7 milyard manatlıq artım

15:58
05 Noyabr

Sosial yardımda yeni məbləğ: Ehtiyac meyarı 314 manata qaldırılır

15:57
05 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb  

15:52
05 Noyabr

Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub  

15:28
05 Noyabr

Baş prokuror Abşeronda vətəndaşları dinləyib  

15:21
05 Noyabr

AQTA: Ukraynadan idxal olunan yağ məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb  

15:14
05 Noyabr

Salyan və Neftçala rayon sakinlərinin müraciətləri dinlənilib  

15:09
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!