18 Sentyabr 2026 08:00
1384
PARLAMENT
A- A+
Milli Məclisin komitə iclaslarında

Milli Məclisin komitə iclaslarında


Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda 11 məsələ - 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi və bir sıra qanun layihələri müzakirəyə çıxarılıb.

Komitənin sədri Azər Əmiraslanov iclası açaraq yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra gündəlikdəki məsələlər təqdim edilib.

Azər Əmiraslanov  bildirib ki, komitənin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə 24 iclası olub, 103 məsələ, o cümlədən 41 qanun layihəsi və 2 hesabat geniş müzakirə edilib. Bununla yanaşı, komitə sədri tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların ərizə və müraciətləri baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib.

Sonra komitə sədri cari ilin payız sessiyasında görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, növbəti sessiyanın iş planının layihəsinə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri, bəzi qanunlara təklif olunan dəyişikliklərlə bağlı sənədlər, habelə 2027-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Sessiya ərzində həmçinin komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, milli iqtisadiyyatın müxtəlif aspektləri ilə bağlı ictimai dinləmələrin təşkili nəzərdə tutulub.

İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Daha sonra gündəlikdəki qanun layihələrinə baxılıb. 

Komitə sədri Azər Əmiraslanov "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının  qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Qeyd edilib ki, layihədə balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyinin və fasiləsizliyinin təmin edilməsi, habelə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin risk əsaslı yanaşmaya və konkret, ölçülə bilən kəmiyyət meyarlarına keçirilməsi ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Gündəliyin növbəti 3 məsələsinin beynəlxalq sazişlərin təsdiqi ilə bağlı qanun layihələri olduğu bildirilib. Bu məsələləri komitənin üzvü Zaur Şükürov təqdim edib. 

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki,  saziş Azərbaycan Respublikası ilə Monqolustan arasında beynəlxalq hava əlaqələrinin yaradılması, razılaşdırılmış marşrutlar üzrə sərnişin, baqaj, yük və poçt daşımalarının təşkili, habelə tərəflərin təyin etdikləri aviasiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün hüquqi əsasları müəyyən edir.

Digər məsələ - "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi haqqında söhbət açılaraq qeyd edilib ki, sənəd tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir. 

Sonra "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verilib. Bildirilib ki, sözügedən saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.

Növbəti məsələni  - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin sədr müavini Azər Badamov təqdim edib. 

Diqqətə çatdırılıb ki, sənəddə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif olunur.

Gündəliyin digər məsələsini - "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Vüqar Bayramov diqqətə çatdırıb. Qeyd olunub ki, sözügedən qanuna 15.5-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur. Sonra "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. 

Komitə sədri Azər Əmiraslanov qanunun 48-1-ci maddəsinin yeni redaksiyada təqdim edildiyini söyləyib. Bildirilib ki, layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Maliyyə institutlarının və maliyyə qruplarının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində risk profilləri, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməməsi riskləri dövri olaraq qiymətləndiriləcək. Mərkəzi Bank nəzarət tədbirlərinin dövriliyini və intensivliyini maliyyə institutunun və ya maliyyə qrupunun risk profilini, siyasətini, daxili qaydalarını, nəzarət mexanizmlərini və prosedurlarını nəzərə almaqla müəyyən edəcək. 

Növbəti məsələ - "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı iclasda iştirak edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev və agentliyin Aparat rəhbəri Tural İsmayılov fikirlərini açıqlayıblar.

Nəzərə çatdırılıb ki, təklif olunan dəyişikliklərin əsas məqsədi qanunun 3.2.8-1-ci maddəsində sadalanan hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları "Dövlət satınalmaları haqqında" qanunun tətbiq dairəsindən çıxarmaqdır. Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur.

Gündəliyin sonuncu məsələsi - "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı komitənin sədr müavini Azər Badamov təqdim edib. Bildirilib ki, qanunun 33.1.5-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişiklik telekommunikasiya xidmətlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərilməsini ehtiva edir.

Tədbirdə komitə üzvləri Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Rövşən Muradov çıxış edərək təqdim olunan məsələlər barədə öz fikir və qeydlərini söyləyiblər.

Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***

Sentyabrın 17-də Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov yeni sessiyada komitənin fəaliyyətinə uğurlar arzulayıb və gündəliyə 2 məsələnin daxil edildiyini bildirib.

Komitə sədri əvvəlcə 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin Səhiyyə komitəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ötən sessiyada 11 iclas keçirilib və 13 məsələyə baxılıb. Komitə sədrinin qəbul günlərində 165 nəfər vətəndaş olub, onların müraciətləri dinlənilərək, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atılıb. Bununla yanaşı, sessiya ərzində komitəyə daxil olan ərizə və məktublara baxılaraq, lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Daha sonra komitə sədri Səhiyyə komitəsinin cari ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Qeyd edib ki, planda payız sessiyasında komitəyə daxil olacaq qanun layihələrinə, vətəndaşlardan daxil olan müraciətlərə baxılması, müvafiq ictimai dinləmələrin keçirilməsi və digər məsələlər əks olunub.

Müzakirələr zamanı komitənin üzvləri Günay Əfəndiyeva, İlham Məmmədov, Soltan Məmmədov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Pərvanə Vəliyeva və Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

Rusiyada hibrid qatar idarəetmə modeli hazırlanıb  

20:46
13 Oktyabr

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

20:18
13 Oktyabr

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!