Milli Məclis: Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilər ilə dialoquna mane olması ölkəmizin daxili işlərinə kobud müdaxilədir
Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu bildirilir. Separatçı qondarma rejimin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa nəticəsi olduğu, bu rejimin mövcudluğunun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mümkün olduğu vurğulanır.
Vurğulanır ki, 2020-ci ildə münaqişənin başa çatmasındansonra Azərbaycanın qətiyyətlə irəli sürdüyü sülh təşəbbüsü fonunda Ermənistanın son təxribatçı və təhrikedici fəaliyyəti bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya səylərinə ciddi zərbədir.
Qeyd olunur ki, qondarma “seçkilər”in keçirilməsi Ermənistan və onun yaratdığı qondarma rejimin sülh prosesində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bundan başqa, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna mane olması ölkəmizin daxili işlərinə kobud müdaxilə, onun suverenliyinə və ərazi bütövlüyünə qarşı ciddi təhdiddir.
Müraciətin sonunda deputatlarımız həmkarlarını Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn addımlara düzgün siyasi qiymət verməyə və qeyd olunan qondarma “seçki” adlandırılan qanunsuz fəaliyyəti qətiyyətlə pisləməyə çağırıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!