06 Sentyabr 2024 08:45
2319
Səhiyyə
A- A+
Meymunçiçəyi dünyanı təhdid edir

Meymunçiçəyi dünyanı təhdid edir

 

İlk dəfə iki il öncə İngiltərədə aşkarlanan, daha sonra Avropa ölkərində başlayan meymunçiçəyi virusu çox qısa müddət ərzində dünyanın digər qitələrinə də keçib. Artıq 70-dən çox ölkədə bu virusa rast gəlinib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) qitədə meymunçiçəyi virusunun riskinin aşağı səviyyədə olmasına baxmayaraq, ölkələri onunla mübarizəyə hazır olmağa çağırıb.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, respublikamızda bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Ölkəmizin  ərazisində, xüsusilə sərhəd-keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.

 

Epidemiyaya qarşı hazırlıqlı olmaq lazımdır 

 

Avropa Parlamentinin Ətraf Mühit, İctimai Sağlamlıq və Qida Təhlükəsizliyi Komitəsi, Avropa İttifaqı Komissiyasının Səhiyyədə Fövqəladə Hallara Hazırlıq və Cavab Agentliyi, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi və Avropa Dərman Agentliyinin təşkil etdiyi iclasda meymunçiçəyi virusu ilə bağlı mövcud vəziyyət və hazırlıqlar müzakirə edilib.
ECDC-nin direktoru Pamela Rendi-Vaqner bildirib ki, hazırda qitədə epidemiya riski az olsa da, Avropa İttifaqı daxilində "idxal halları"nın sayının artması ehtimalına hazır olmaq lazımdır. 
İclasda P.Rendi-Vaqner ECDC-nin Avropa İttifaqına üzv dövlətləri epidemiyaya qarşı hazırlamaqla yanaşı, Afrikada, xüsusilə Konqo Demokratik Respublikasında epidemiyaya nəzarət etməyin və onun digər qitələrə yayılmasının qarşısını almağın vacibliyini də vurğulayıb.
İnsanların meymunçiçəyinin də COVID-19 kimi pandemiyaya səbəb olacağından qorxduğunu söyləyən direktor bildirib ki, bu iki virus fərqli yollarla yayıldığı, fərqli risklərə malik olduğu və virusa qarşı peyvənd olduğu üçün narahatlığa əsas yoxdur: "Bütün əhalini əhatə edən peyvəndlərə ehtiyac yoxdur. Peyvənd barədə virus dövriyyəsi yüksək olan bölgələrə səyahət edən avropalılar, xüsusilə ağır xəstəlikləri olan və yüksək risk yaşayan olan insanlar düşünməlidirlər".

 

İlk əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət olunmalıdır

 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, meymunçiçəyi, adətən heyvanlardan insanlara keçən nadir virusmənşəli bir infeksiyadır: "Xəstəlik xüsusilə meymunlar və gəmiricilər vasitəsilə yayılsa da, insandan insana da keçir. Xəstəliyin əlamətləri qızdırma, baş və əzələ ağrıları, yorğunluq, limfa düyünlərinin şişməsi, dəri səpgiləridir. Səpgilər əvvəlcə qızartı, sonra maye ilə dolu qabarlar şəklində görünür və son olaraq qabıq bağlayaraq quruyur. Virusun yayılma tezliyi nisbətən aşağıdır, lakin xəstə ilə uzunmüddətli təmas riski artırır".
A.Kərimova qeyd edib ki, meymunçiçəyi virusuna yoluxmamaq üçün xəstə insanlarla təmasdan çəkinmək, virusa yoluxmuş şəxslərin səpgi və yara izlərinə toxunmamaq, meymun, gəmirici və xəstə heyvanlarla birbaşa təmasdan uzaq olmaq lazımdır: "Bu mümkün olmadıqda isə xəstə insan və ya heyvanlarla təmas zamanı əlcək geyinməli, əllər sabun və su ilə tez-tez yuyulmalı, spirtəsaslı dezinfeksiya vasitəsindən istifadə edilməlidir. Xəstəlik riskinin yüksək olduğu yerlərdə xüsusi geyimlərdən istifadə vacibdir. Virusa yoluxmuş insan və ya heyvanların istifadə etdiyi səthləri mütəmadi olaraq dezinfeksiya etmək lazımdır. Virusun yayılma riskinin yüksək olduğu regionlara səyahət edərkən gigiyena qaydalarına ciddi riayət edilməlidir".
Xəstəliyin ilk əlamətlərini aşkarlayan kimi dərhal həkimə müraciət olunmalıdır. İnfeksionist deyir ki, meymunçiçəyi özünü daha yüngül formada göstərə bilər, lakin hər hansı ağırlaşmaların qarşısını almaq üçün mütəxəssis nəzarəti vacibdir: "Virusun əlamətlərinə rast gələn hər kəs ilk olaraq başqalarını yoluxdurmamaq üçün özünü təcrid etməlidir. Təcrid dövrü xəstəliyin bütün simptomları keçənədək davam etməlidir. Həkimin təyin etdiyi müalicəyə riayət mütləqdir. Meymunçiçəyi üçün xüsusi müalicə yoxdur. Müalicə dövründə simptomları yüngülləşdirən və xəstəliyin ağırlaşmasının qarşısını alan dərmanlardan istifadə olunur".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!