01 Sentyabr 2026 08:30
97
SİYASƏT
A- A+
Mənasız missiyanın sonu

Mənasız missiyanın sonu


Bir il əvvəl ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verildi


ATƏT-in Minsk qrupunun və onunla əlaqəli bütün strukturların rəsmən ləğv edilməsi ilə bağlı qərarın verilməsindən bir il ötür. 

1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən qəbul edilmiş tarixi qərarla keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə 1992-ci ildə təsis olunmuş bu qurumun fəaliyyətinə rəsmən xitam verildi.

Minsk qrupu fəaliyyət göstərdiyi 30 ildən artıq dövr ərzində üzərinə düşən öhdəliklərin heç birini yerinə yetirə bilməyib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 məlum qətnamə qəbul edilmiş və bu qərarların icrası mexanizmi kimi Minsk qrupuna mandat verilmişdi. Lakin həmsədrlərin fəaliyyəti real həll yolları tapmaqdan ziyadə, mövcud status-kvonu saxlamağa və münaqişəni dondurmağa xidmət edirdi. 

Həmsədr ölkələrin nümayəndələrinin regiona etdikləri mütəmadi və nəticəsiz səfərlər, hər dəfə münaqişənin hərbi həll yolunun olmadığını bəyan etmələri faktiki olaraq Azərbaycan xalqını işğal reallığı ilə barışdırmaq məqsədi daşıyırdı. Beynəlxalq ictimaiyyətin işğalçı Ermənistana qarşı təzyiq göstərməməsi, beynəlxalq hüququn tələblərinə laqeyd münasibəti və vasitəçilərin yarıtmaz fəaliyyəti dinc danışıqlar resurslarını tamamilə tükəndirdi və İkinci Qarabağ müharibəsini labüd etdi.

Beynəlxalq təşkilatların və vasitəçilərin illərlə həll edə bilmədiyi bu ədalətsizliyi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və müzəffər ordumuz öz gücü hesabına aradan qaldırdı. Azərbaycan öz hərbi-siyasi imkanlarından istifadə edərək torpaqlarını düşməndən təmizlədi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrini özü icra etməklə Minsk qrupunun illərlə öhdəsindən gələ bilmədiyi və ya gəlmək istəmədiyi tarixi vəzifəni təkbaşına yerinə yetirdi. 2020-ci il noyabrın 10-da əldə edilmiş böyük Zəfərlə şanlı ordumuz Minsk qrupunu de-fakto tarixin arxivinə göndərdi. Prezident İlham Əliyev münaqişənin hərbi-siyasi yolla həll olunduğunu bütün dünyaya sübut etdi. Müharibədən sonra həmsədrlərin regiona səfərləri zamanı dövlətimizin başçısının münaqişənin artıq tarixə qovuşduğunu bildirməsi ilə bu qurumun nə qədər lazımsız və funksiyasız bir mexanizmə çevrildiyi aydın oldu. 

Azərbaycan münaqişə səhifəsinin qapandığını bəyan edərək sülh gündəliyini ortaya qoydu və Ermənistana beynəlxalq prinsiplərə əsaslanan təkliflər verdi. Lakin Minsk qrupunun de-yure mövcudluğu iki ölkə arasında yekun sülhün əldə olunması yolunda hüquqi və siyasi maneə olaraq qalırdı. Çünki bu mexanizmin kağız üzərində qalması münaqişənin güya hələ də davam etməsi illüziyasını yaradırdı. Ermənistanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımasından sonra bu strukturun rəsmən ləğvi zərurətə çevrildi. 

Bu istiqamətdə həlledici addım 8 avqust 2025-ci il tarixində Vaşinqtonda atıldı. ABŞ Prezidenti Donald Trampın dəvəti və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən tarixi görüş çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Fəaliyyətdə olan sədrinə birgə müraciət məktubu ünvanladılar. Bu birgə müraciətə əsasən, ATƏT Nazirlər Şurası 57 üzv ölkənin yekdil konsensusu ilə 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk prosesinin, Fəaliyyətdə olan sədrin Şəxsi Nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə tam xitam verilməsi haqqında qərar qəbul etdi. 

Qərara uyğun olaraq, ATƏT Katibliyi tərəfindən həyata keçirilən bütün təşkilati, inzibati və texniki prosedurlar 30 noyabr 2025-ci il tarixində yekunlaşdırıldı və keçmiş münaqişə ilə bağlı vaxtilə qəbul edilmiş bütün ATƏT qərarları qüvvədən düşmüş və etibarsız elan olundu. 

Minsk qrupunun və onunla əlaqəli bütün strukturların tam buraxılması Azərbaycanın beynəlxalq müstəvidə növbəti böyük diplomatiya qələbəsidir. Bu addım Azərbaycanın öz əraziləri üzərində bərpa etdiyi suverenliyinin və regionda yaratdığı yeni reallıqların bütün dünya tərəfindən qətiyyətlə qəbul olunmasının təsdiqidir. Beynəlxalq hüquqa və ədalətə söykənən bu ardıcıl siyasət bir daha göstərdi ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa edən qalib dövlət deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və tərəqqinin əsas memarı və zəmanətçisidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi

08:50
01 Sentyabr

Revanşist ssenarilər artıq keçmişdə qalıb

08:40
01 Sentyabr

Mənasız missiyanın sonu

08:30
01 Sentyabr

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!