31 Avqust 2026 21:54
123
DÜNYA
A- A+
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  


Avropa İttifaqına (Aİ) miqrantların qanunsuz keçirilməsində şübhəli bilinən 112 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) koordinasiyası ilə Qərbi Balkanlardan Mərkəzi Avropaya uzanan marşrut üzrə keçirilən əməliyyata 17 ölkənin sərhəd və polis orqanları cəlb olunub. Əməliyyat zamanı sənədlərin saxtalaşdırılması üzrə 60 fakt aşkarlanıb, 3137 qeyri-qanuni miqrant müəyyən edilib. Sərhəd-keçid məntəqələrində 2431 nəfərin Avropa ölkələrinə girişinə icazə verilməyib, 1109 nəfərin isə müvafiq icazə olmadan Avropada qaldığı müəyyənləşdirilib.

Eləcə də insan alverində şübhəli bilinən 4 nəfər saxlanılıb. Bundan başqa, 18 odlu silah və 1665 patron, 3 kiloqram marixuana, 5 tondan çox xam tütün müsadirə edilib. Oğurlanmış 59 avtomobil aşkarlanaraq sahiblərinə və ya aidiyyəti qurumlara qaytarılıb.

Əməliyyata Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və Böyük Britaniya qatılıb. “Europol”, “Interpol” və “Eurojust” da əməliyyata dəstək verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

Magistraturanın boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb  

18:25
31 Avqust

Budapeştedə Azərbaycan icması ilə görüşdə diaspor fəaliyyətinin prioritetləri diqqət mərkəzində olub  

18:23
31 Avqust

ŞƏT Azərbaycan üçün çoxtərəfli diplomatiyanın imkanlarını genişləndirir

18:20
31 Avqust

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda  

18:15
31 Avqust

ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın maraqlarına cavab verir

18:10
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!