Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb
Sentyabrın 28-də Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransı ("Mondiacult 2022") öz işinə başlayıb. Tədbirə 115 ölkədən yüksək səviyyəli olmaqla, ümumilikdə 160 ölkədən nümayəndə heyəti qatılıb. Üç gün ərzində davam edəcək konfrans çərçivəsində iştirakçılar "İrs və Mədəni müxtəliflik böhran dövründə", "Yenilənmiş və gücləndirilmiş mədəniyyət siyasəti", "Mədəniyyət dayanıqlı inkişaf üçün", "Yaradıcı iqtisadiyyatın gələcəyi" mövzularında müzakirələr aparacaq. Ölkəmizi bu tədbirdə nazir A.Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Konfrans çərçivəsində nazir A.Kərimovun Macarıstanın Mədəniyyət məsələləri üzrə dövlət katibi Piter Hoppalla görüşü keçirilib. Görüşdə iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Həmçinin, qeyd olunan sahədə əməkdaşlığı tənzimləyən müqavilə bazasının daha da möhkəmləndirilməsinin zəruriliyinə istinad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyi və növbəti il "Avropanın mədəniyyət paytaxtı" olacaq Macarıstanın Vesprem şəhəri ilə Şuşa arasında birgə mədəni layihələrin həyata keçirilə biləcəyi qeyd olunub. Görüşdə eyni zamanda Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki təşəbbüs və tədbirlərinə Macarıstanın dəstəyi və iştirakının vacibliyinə diqqət çəkilib, UNESCO çərçivəsində fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
24 Aprel
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir...
24 Aprel
AMEA-da yeni şöbələr yaradılıb
24 Aprel
Heç bir ölkə bu problemi həll edə bilməz - Qutterreş
24 Aprel
Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb
24 Aprel
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir...
24 Aprel
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
24 Aprel
KXDR nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib
24 Aprel
Dünya birjalarında neft bahalaşıb
24 Aprel
"Yuventus" finalda rəqibini gözləyir
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!