25 Yanvar 2025 01:19
4736
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə


21.12.2024-cü il tarixli “Azərbaycan” qəzetində dərc edilmiş elan aşağıdakı kimi oxunmalıdır:


“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 25.02.2025-ci il tarixindən etibarən aşağıdakı şərtlər tətbiq ediləcək:

• Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

• Fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 2 AZN (ƏDV daxil) aylıq (otuz təqvim günü) abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir. Növbəti aylıq abunə haqqı istifadə müddətinin sonunda avtomatik hesablanaraq balansdakı vəsaitdən çıxılacaq. Nömrədə mövcud olan tarif paketi başqası ilə əvəz edilənədək nömrənin balansında kifayət qədər vəsait olduqda müvafiq qaydaya uyğun olaraq aylıq  abunə haqqı avtomatik hesablanıb çıxılmaq ilə tarif paketlərindən istifadə imkanı təqdim ediləcək. Nömrənin balansında aylıq abunə haqqı məbləğinin çıxılması üçün lazımi qədər vəsait olmadıqda, həmçinin abunə haqqı müqabilində təqdim edilən istifadə imkanı bitdikdə, müvafiq tarif paketinin şərtlərinə uyğun olaraq xidmətlərdən istifadə imkanı təmin ediləcək.

• Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 AZN xidmət haqqı tətbiq ediləcək.

• Fakturasız (SimSim) xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 (altı) aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 AZN xidmət haqqı tətbiq ediləcək.


Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib  

11:01
04 Noyabr

“Sabah” UEFA Çempionlar Liqasında Norveç təmsilçisi ilə üz-üzə gələcək  

10:57
04 Noyabr

Beynəlxalq Telekommunikasiya İttifaqı: Dünya əhalisinin 76 faizi internetdən istifadə edir

10:43
04 Noyabr

Birjalarda neft qiymətləri 

10:23
04 Noyabr

Azərbaycan nefti 113 dollara satılır

10:16
04 Noyabr

ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb

10:14
04 Noyabr

Qızıl və gümüş bahalaşır 

10:06
04 Noyabr

 Regionlarda sahibkarlara 500 milyon manatlıq kredit dəstəyi  

10:06
04 Noyabr

Şimali Koreya Yapon dənizinə doğru bir neçə raket atıb

09:47
04 Noyabr

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

09:47
04 Noyabr

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

09:45
04 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!