27 Dekabr 2024 18:28
162
DÜNYA
A- A+
Marsın “qış” mənzərəsi

Marsın “qış” mənzərəsi


2022-ci ilin iyununda “ESA”nın “Mars Express” cihazının Alman istehsalı olan “HRSC” kamerası ilə çəkilən bu görüntülər və həmin ilin sentyabrında “NASA”nın “MRO” cihazının “HiRISE” kamerası vasitəsilə çəkilən fotolar bir araya gətirilib. Bu görüntülər Marsın cənub qütbünə yaxın “Australe Scopuli” bölgəsində qarla örtülmüş sahələri və donmuş buzları əks etdirir. Ancaq bu “qar” Dünya qarına bənzəmir. Marsdakı bu buz, əslində karbon qazı buzudur. Marsın cənub qütbündə il boyu təxminən 8 metr qalınlığında olan karbon qazı buz təbəqəsi mövcuddur. Əslində bu görüntülər, Marsın yay gündönümü zamanı çəkilib, lakin planetin bu hissəsi il ərzində olduqca soyuq, yəni təxminən mənfi 125 dərəcə olur.

Görüntülərdəki tünd sahələr buzun üstündə yığılan torpaq təbəqələrindən ibarətdir. Bu torpaq, adətən buzun dərinliklərində olur, lakin mövsümi proses nəticəsində səthə çıxır. “MRO” Marsdakı qum təpələrinin kənarlarında da qış şaxtasını müşahidə edib. Bu şaxta eroziyaya mane olaraq qumların yerində qalmasına kömək edir. Marsın cənub qütbündə yay aylarında karbon qazı buzları günəş işığı ilə isinərək sublimasiya edir, yəni birbaşa bərk haldan qaz halına keçir. Bu proses zamanı buzun içində sıxılmış qaz ciblikləri əmələ gəlir. Nəticədə təzyiq artır və kiçik partlayışlar yaranaraq tünd rəngli tozları havaya sıçradır. Küləyin köməyi ilə yerə düşən bu tozlar, fotoşəkillərdə görünən naxışları formalaşdırır.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Kubadakı səfirliyində başsağlığı kitabı açılıb

10:00
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNƏCƏK

09:30
28 Dekabr

Niyə bəzi insanlar daha çox xəstələnirlər?

09:20
28 Dekabr

Gəncə və Şəmkirin 3 sakini qəzaya uğramış təyyarədə olmuşdur

09:15
28 Dekabr

O, kətana duyğularını köçürürdü

09:10
28 Dekabr

Su və kanalizasiya problemimiz həll olunmamış qalır

09:05
28 Dekabr

Kəndimizin tibb məntəqəsində həkim yoxdur

09:00
28 Dekabr

Yolumuz bərbad vəziyyətdədir

08:55
28 Dekabr

Kiçik bağçanın böyük sorağı

08:50
28 Dekabr

Təhlükə aradan qaldırıldı

08:45
28 Dekabr

Kənd məktəbi təmir olunub

08:40
28 Dekabr

Tək ailəsinin yox, bütün elimizin qüruru

08:35
28 Dekabr

Azərbaycan sürətlə inkişaf edən sənaye ölkəsinə çevrilir

08:30
28 Dekabr

Hüquqların müdafiəsindən ədalətə gedən yol

08:25
28 Dekabr

Aviaqəza ilə bağlı bütün lazımi tədbirlər görüləcək

08:20
28 Dekabr

Son ümid, son nəfəs, son uçuş...

08:15
28 Dekabr

Bakıda Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyası keçirilib

08:10
28 Dekabr

Hərbi çağırış prosesi təkmilləşdirilir

08:05
28 Dekabr

İnkişaf büdcəsi

08:00
28 Dekabr

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında

02:33
28 Dekabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə

02:32
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!