25 Iyul 2024 09:00
256
DÜNYA
A- A+

Makron "casus ovu"na başlayıb

 

İndi də Fransaya gələn əcnəbi jurnalistlər həbs edilir

 

Sabah Fransanın paytaxtı Parisdə start götürəcək XXXII Yay Olimpiya Oyunları başlayacaq. Oyunlar zamanı siyasi sabitliyi pozmaq üçün müəyyən hərəkətlər hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 
Jurnalistlərin məlumatına görə, Parisdə 40 yaşlı bir kişi Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən Olimpiya Oyunları zamanı ölkədə guya sabitliyi pozmağa yönəlik hərəkətlər planlaşdırmaqda şübhəli bilinib. Onun mənzilində axtarış aparılıb.
Dünən saxlanılan şəxs Fransada daxili gərginliyi qızışdırmaq üçün xarici dövlətə işləməkdə ittiham olunub və qabaqlayıcı tədbir olaraq həbs edilib. İstintaqı Paris prokurorluğu həyata keçirir.
İddia edilir ki, həmin şəxsdə Rusiyanın maraqlarına uyğun əməliyyatlar hazırladığına dair "işarə"lər görüblər...
Daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, xarici dövlətin maraqlarına müdaxilədə şübhələr yaranan minə yaxın şəxs Olimpiadanın təşkilində iştiraka buraxılmayıb.
Bu onu göstərir ki, Fransa Olimpiada ərəfəsində "casus ovu"na başlayıb. Ölkə hakimiyyəti rəsmi olaraq bildirir ki, Rusiyadan olan jurnalistləri xüsusi xidmət orqanlarının nümayəndələri kimi gördükləri üçün oyunlara buraxmırlar. 
Əlbəttə ki, bu, ilk növbədə, insan haqlarının pozulması faktıdır. Jurnalistlərin Olimpiya Oyunlarına buraxılmaması heç bir çərçivəyə sığmayan hərəkətdir. 
Qeyd edək ki, bir müddət əvvəl Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen heç bir dəlil-sübut olmadan bəyan etmişdi ki, onlar jurnalistlər adı altında Parisə gəlmək istəyən "casus"ları yaxalayıblar. Əslində, nazirin bu sözləri "əcinnə ovu"nun elan olunduğunu bildirir: "Onlar yəqin ki, terror hücumlarında iştirak etmirlər. Lakin kəşfiyyat və ənənəvi casusluqdan əlavə, kiberhücum etmək üçün kompüter şəbəkələrinə çıxış əldə etmək mümkündür".
Ümumilikdə, Darmanenin dediyinə görə, yarış üçün mümkün təhlükə səbəbindən 4355 nəfər Olimpiadaya buraxılmayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa hakimiyyətinin hərəkətləri ilə bağlı son xəbərləri şərh edib: "Jurnalistlərin hüquqlarına hörmət etmək və söz azadlığını təmin etmək Makron və onun dəstəsi üçün boş ifadədir. Makron vədini yerinə yetirib Sena çayında çimməyənə qədər bu rejimdən həqiqətə, şərəfə və qanuna hörmət gözləmək olmaz". 
Rusiya Jurnalistlər Birliyinin rəhbəri Vladimir Solovyov isə qeyd edib ki, fransızlar özləri söz azadlığı və məlumat yayma prinsiplərini pozurlar: "Təəssüf ki, onlar özlərini inandırdıqlarına inanırlar və yəqin ki, Parisdə mövcud olan bəzi problemləri gizlətməyə çalışırlar. İndi təkcə bizim jurnalistlər deyil, başqa ölkələrin jurnalistləri də Parisdəki siçovullardan, bitlərdən və Olimpiya Oyunlarına çox zəif hazırlığın müşahidə edildiyindən yazırlar". 
Xatırladaq ki, Fransa XIV əsrin birinci yarısında "əcinnə ovları"nın başladığı ilk ölkələrdən biri idi. İndi isə Makron hökuməti keçmiş təcrübədən müasir formada yararlanmaq qərarına gəlib.

Rizvan CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video