03 İyul 2026 08:05
172
İQTİSADİYYAT
A- A+
"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend


Bu brend altında dünyanın 70-dən çox ölkəsinə məhsul ixrac olunur


Bu gün dünyada iqtisadi rəqabət təkcə təbii sərvətlərlə deyil, əlverişli biznes mühiti, etibarlı investisiya siyasəti və güclü nəqliyyat-logistika imkanları ilə də müəyyən edilir. Son illər Azərbaycan məhz bu istiqamətlərdə əldə etdiyi uğurlarla regionun iqtisadi xəritəsində mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Sahibkarlığın inkişafına verilən dəstək, xarici investorlar üçün yaradılan əlverişli şərait, şəffaf və çevik idarəetmə mexanizmləri ölkəmizi beynəlxalq biznes dairələrinin diqqət mərkəzinə gətirib. 

Təbii ki, bu ümumi iqtisadi dinamika fonunda Azərbaycanın əldə etdiyi uğurlar təsadüfi deyil, əksinə, düşünülmüş dövlət siyasətinin və sistemli islahatların nəticəsidir. Xüsusən son zamanlar  biznes və investisiya mühitinin davamlı olaraq təkmilləşdirilməsi, iqtisadiyyatın açıq və rəqabətqabiliyyətli modelə transformasiyası ölkənin investisiya cəlbediciliyini bir qədər də artırıb. Məhz bu strateji yanaşma nəticəsində Azərbaycan həm yerli, həm də xarici investorlar üçün etibarlı və sabit iqtisadi məkan kimi formalaşıb. 

Ölkəmizin investisiya cəlbediciliyini artıran mühüm amillərdən biri investorlar üçün cəlbedici olan etibarlı və sabit mühitdir. Məsələn, Ələt Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi rejim, vergi və gömrük güzəştləri, müasir infrastruktur və beynəlxalq bazarlara çıxış imkanları xarici investorlar üçün əlverişli şərait yaradır. Eləcə də sənaye parklarında rezidentlərə təqdim olunan güzəştlər innovativ istehsalın və ixracyönümlü məhsulların həcminin artmasına mühüm töhfə verir.

Azərbaycanın əlverişli biznes mühiti və investisiya imkanları beynəlxalq platformalarda da geniş təqdim olunur. Bu, ölkənin qlobal iqtisadi əməkdaşlığa verdiyi önəmin və xarici investorlarla əlaqələrin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin bariz nümunəsidir. Bu günlər Çinin Urumçi şəhərində keçirilən 9-cu Çin-Avrasiya Sərgisində Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunması da bunun növbəti təsdiqidir. Sərgi çərçivəsində ölkəmizin əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika və tranzit potensialı, eləcə də "Made in Azerbaijan" brendi altında istehsal edilən məhsullar nümayiş olunub. 

Paralel olaraq Azərbaycanın Çində ticarət nümayəndəsi tərəfindən keçirilən təqdimatda investorlar üçün yaradılmış imkanlar, ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi rolu, həmçinin Azərbaycan-Çin iqtisadi-ticarət əməkdaşlığının perspektivləri barədə ətraflı məlumat verilib. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın etibarlı investisiya tərəfdaşı kimi nüfuzunun möhkəmlənməsinə, yeni biznes əlaqələrinin qurulmasına və xarici investisiyaların cəlb edilməsinə mühüm töhfə verir.

Məlumat üçün bildirək ki, 2011-ci ildən keçirilən Çin-Avrasiya Sərgisi Çinin önəmli beynəlxalq iqtisadi-ticarət platformalarından hesab olunur. Sərgi Asiya və Avropa ölkələri arasında ticarət, investisiya və sənaye tərəfdaşlığının genişləndirilməsinə xidmət edir. 9-cu sərgidə 27 ölkə, region və beynəlxalq təşkilatdan, eləcə də Çinin bütün əyalətlərindən 2 mindən artıq şirkət və qurum iştirak edib. Bu platforma iştirakçı ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılması, mövcud iqtisadi əlaqələrin möhkəmləndirilməsi və birgə investisiya layihələrinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

9-cu sərgi beynəlxalq biznes dairələri üçün yeni bazarlara çıxış, təcrübə mübadiləsi və strateji tərəfdaşlıqların qurulması baxımından da əlverişli imkanlar yaratdığı üçün deyə bilərik ki, Çin-Avrasiya Sərgisi regionlararası iqtisadi inteqrasiyanı gücləndirən mühüm əməkdaşlıq mərkəzi kimi çıxış edir. Belə  beynəlxalq platformalarda ölkələrin iqtisadi potensialının nümayişi ilə yanaşı, onların ixrac imkanlarının və milli brendlərinin tanıdılması da xüsusi önəm daşıyır. Bu kontekstdə Azərbaycanın neftdənkənar sahəsinin inkişafında və ixrac potensialının artırılmasında "Made in Azerbaijan" brendi xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs yerli məhsulların beynəlxalq bazarlarda tanıdılması, onların rəqabət qabiliyyətinin artırılması və milli istehsalçıların xarici bazarlara çıxışının genişləndirilməsi məqsədilə həyata keçirilir. Dövlət tərəfindən ixrac missiyalarının təşkili, beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak, xarici bazarların araşdırılması, marketinq fəaliyyətinin dəstəklənməsi, eləcə də yerli şirkətlərin beynəlxalq sertifikat və patentlər əldə etməsinə göstərilən maliyyə dəstəyi "Made in Azerbaijan" brendinin dünya bazarlarında mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Bu gün "Made in Azerbaijan" nişanı altında istehsal olunan məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. Qida və kimya sənayesi, kənd təsərrüfatı məhsulları, tikinti materialları, tekstil, maşınqayırma və digər sahələri əhatə edən məhsullar xarici bazarlarda Azərbaycan istehsalının keyfiyyətini və rəqabət üstünlüyünü nümayiş etdirir. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin əhəmiyyətli hissəsinin ixracyönümlü istehsalla məşğul olması da bu brendin uğurunun mühüm göstəricilərindən biridir. "Made in Azerbaijan" artıq təkcə məhsulun mənşəyini ifadə edən nişan deyil, həm də ölkənin iqtisadi potensialını, milli istehsal mədəniyyətini, istehsala innovativ yanaşmasını və etibarlı biznes tərəfdaşı imicini beynəlxalq auditoriyaya çatdıran strateji brenddir. Bu baxımdan Azərbaycanın beynəlxalq sərgilərdə, o cümlədən 9-cu Çin-Avrasiya Sərgisində vahid milli stendlə iştirak etməsi "Made in Azerbaijan" brendinin qlobal miqyasda tanıdılması və yeni ixrac bazarlarının qazanılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycanın beynəlxalq iqtisadi platformalarda fəal iştirakı, ixracyönümlü siyasəti və "Made in Azerbaijan" brendinin uğurlu təşviqi ölkənin qlobal iqtisadi sistemdə mövqeyini daha da gücləndirir. 9-cu Çin-Avrasiya Sərgisi kimi nüfuzlu tədbirlər isə yeni tərəfdaşlıqların qurulmasına və qarşılıqlı investisiya imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini və regionun aparıcı iqtisadi mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirdiyini bir daha təsdiqləyir.


Züleyxa ƏLİYEVA ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!