02 İyul 2026 16:26
186
İQTİSADİYYAT
A- A+
SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb


Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, bp-nin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini bildirib.

Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən Rövşən Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son iyirmi il ərzində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. bp-nin son iki onillik ərzində BTC boru kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.

BTC-nin regional əməkdaşlığın və etibarlı beynəlxalq tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını söyləyən energetika nazirinin müavini Kamal Abbasov layihənin dəyərinin təkcə ötən 20 il ərzində nəql olunan neft həcmləri ilə ölçülmədiyini, eyni zamanda, region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətlərində də öz əksini tapdığını diqqətə çatdırıb.

bp-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri, veteran neftçi Elxan Sultanov isə çıxışında BTC layihəsinin ilk dövrlərindən etibarən bu prosesin iştirakçısı olduğunu bildirərək, bu strateji layihə üzrə operatorluğun SOCAR-a keçdiyi mərhələdə onun uğurlu fəaliyyətinə töhfə verməyə davam etməkdən məmnunluğunu ifadə edib. Elxan Sultanov boru kəmərinin təhlükəsiz, etibarlı və səmərəli istismarının təmin olunmasının əsas prioritetlərdən olduğunu bildirib.

Sonra Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib  

19:06
02 İyul

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faizi tamamlanıb

18:41
02 İyul

Azərbaycanın sədrliyi ilə Gəncədə Regional Məsləhət Qrupunun iclası keçirilib

18:32
02 İyul

İrlandiyada tapılan 3 min illik qədim şəhər arxeoloqları heyrətə gətirib  

18:28
02 İyul

Hörmüz boğazında gəmilərin hərəkəti bərpa olunur

18:16
02 İyul

BMT Baş katibi ölkələri süni intellektlə bağlı ortaq qaydaları gecikdirməməyə çağırıb  

18:11
02 İyul

Çin yeni texnologiyası ilə içməli su sektorunda inqilab edə bilər

18:01
02 İyul

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

17:56
02 İyul

Venesuelada 7 günlük matəm elan edilib

17:41
02 İyul

KOBİA sədri: KOB-lar üçün maliyyəyə çıxış əsas çağırışlardan biridir

17:34
02 İyul

İşğaldan azad edilmiş ərazilərə 249 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

17:21
02 İyul

Alimlər hüceyrələri sıfırdan qurdular: Sintetik biologiyada yeni mərhələ  

17:13
02 İyul

SOCAR Trading Özbəkistan naftasının beynəlxalq bazarlara tədarükünə başlayıb

16:57
02 İyul

QDTİB-in “SOCAR Trading”ə maliyyələşməsi 70 milyon dollara çatdı

16:52
02 İyul

“Bank of Baku” Bilgəh sahilində növbəti ekoloji təmizlik aksiyası keçirib

16:43
02 İyul

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

16:39
02 İyul

Kiyevdə matəm günü elan olunub

16:31
02 İyul

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

16:26
02 İyul

Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

16:19
02 İyul

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib 

16:11
02 İyul

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər 

16:09
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!