03 İyul 2026 08:35
190
CƏMİYYƏT
A- A+
“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”


Xəbər verildiyi kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Şura Azərbaycanın regionda rəqəmsal transformasiya və innovasiya sahəsində lider mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir. Dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, xidmət təminatında innovasiyanın, süni intellektin tətbiq edilməsi ilə vətəndaşlara göstərilən xidmətlər asanlaşacaq, vətəndaş məmnunluğu artacaq və vətəndaş-məmur təması minimuma enəcək. 

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" bu istiqamətdə ölkənin strateji yol xəritəsini müəyyən edir: "Eyni zamanda Azərbaycanda 2025-2028-ci illər üçün "Süni İntellekt Strategiyası" da təsdiq edilib. Həmçinin qanunvericilikdə dəyişikliklər üçün yeni paket hazırlanıb və müəyyən qanunlara dəyişikliklər edilib. Buna nümunə olaraq son dövrlər "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən mütərəqqi dəyişiklikləri göstərə bilərik".

Deputat qeyd edib ki, dövlət xidmətlərinin rəqəmsallaşma sahəsində əsas yeniliklərindən biri vahid "mygov" ekosisteminin tətbiqidir və bu yanaşma xidmətlərin daha operativ və rahat şəkildə təqdim olunmasını təmin edəcək, həmçinin proaktiv dövlət xidmətlərinin genişləndirilməsi nəticəsində bir sıra xidmətlər vətəndaşın əlavə müraciətinə ehtiyac olmadan avtomatik təqdim olunacaq. "O cümlədən, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin "mygov" üzərindən həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul olan şəxslərin qeydiyyatını onlayn tamamlaya bilməsi, azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsinin əldə edilməsi, eləcə də tərcümə sənədlərinin təsdiqi kimi daha bir çox xidmətin artıq "mygov" üzərindən aparıla bilməsi vətəndaşlara operativ və keyfiyyətli xidmətin göstərilməsini və məmnunluğun daha da artırılmasını təmin edir. Qeyd edim ki, bu, həm də ekologiyamıza müsbət təsir edir, kağızdan, nəqliyyatdan istifadə, yol xərcləri xeyli azalır, vaxta qənaət olunur. Artıq evdən, iş yerindən ayrılmadan vətəndaş bir çox problemini rəqəmsal mühitdə həll edə biləcək", - deyə o əlavə edib.

P.Vəliyeva bildirib ki, sahibkarların da rəqəmsal mühitə əlçatanlığı təmin ediləcək,  "mygov biznes" platforması onların işlərini asanlaşdıracaq, vahid platforma təklif edəcək ki, bu da səmərəliliyi artıracaq. 

Deputat deyib ki, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi, virtual köməkçilərin istifadəsi, milli hesablama infrastrukturunun yaradılması və tənzimləyici test mühitinin formalaşdırılması bu sahədə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir: "Bütün bu proseslər milli maraqların qorunması və məlumat suverenliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, informasiya infrastrukturunun qorunması, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kibergigiyena üzrə maarifləndirmə tədbirləri Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemini yeni səviyyəyə yüksəldəcək". 

Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən birinin təhsil olduğunu diqqətə çatdıran müsahibimiz qeyd edib ki, yeni nəsil arasında rəqəmsal kompetensiyaların formalaşdırılması, tədris prosesində süni intellekt texnologiyalarının tətbiqi və insan kapitalının gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli cəmiyyətinin qurulmasına xidmət edir: "Həyata keçirilən islahatlar göstərir ki, Azərbaycan üçün rəqəmsal inkişaf texniki bir məsələ deyil, dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadi şaxələndirmə, milli təhlükəsizlik və insan kapitalının inkişafını əhatə edən kompleks strateji prioritetdir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

09:12
03 İyul

Piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

08:55
03 İyul

Oğullar Vətəni qorumaq üçün doğulur

08:50
03 İyul

Zabit kimi Qarabağa ezamiyyətə getdi, şəhid Milli Qəhrəman kimi geri döndü

08:45
03 İyul

Müharibənin 41-ci günü yaralandı

08:40
03 İyul

“Rəqəmsal inkişaf Azərbaycan üçün kompleks strateji prioritetdir”

08:35
03 İyul

Onun həyat missiyası - cəmiyyətə xidmət

08:30
03 İyul

Rəqəmsallaşma gələcəyin layihəsi yox, günün reallığıdır

08:25
03 İyul

Ursula fon der Lyayenin Azərbaycana səfəri: Bakı ilə Aİ arasında münasibətlərin yeni arxitekturası 

08:20
03 İyul

Azərbaycan-Aİ iqtisadi münasibətləri qarşılıqlı strateji maraqların təminatına hesablanıb

08:17
03 İyul

Rəqəmsal əsrdə sağlam nəsli necə yetişdirməli

08:15
03 İyul

19 il əvvəl "Şahdəniz" qazı Türkiyəyə çatdırıldı

08:10
03 İyul

"Made in Azerbaijan" - coğrafiyası genişlənən brend

08:05
03 İyul

Bakı-Brüssel tərəfdaşlığında yeni dövr

08:00
03 İyul

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

07:30
03 İyul

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

06:51
03 İyul

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

06:01
03 İyul

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:22
03 İyul

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

01:02
03 İyul

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər  

23:36
02 İyul

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək  

22:29
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!