26 Noyabr 2026 18:53
124
CƏMİYYƏT
A- A+
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.

Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.

İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.

Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək Nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Qeyd edək ki, rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.

“agac.az” mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store-da əlçatandır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

17:29
26 Noyabr

DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 

17:09
26 Noyabr

Qlobal bazarlarda qarışıq mənzərə yaranıb

16:29
26 Noyabr

Azərbaycanda elektromobillərin və hibrid avtomobillərin sayı kəskin artıb

16:23
26 Noyabr

İnfarkt və insultun ilk əlamətləri 30 il əvvəl üzə çıxır  

16:23
26 Noyabr

Azərbaycan sənayesində alüminium istehsal 56,7 faiz artıb

16:22
26 Noyabr

2027-ci ildə Avropada əmlak investorlarının ən çox maraq göstərdiyi 10 şəhər açıqlanıb  

16:12
26 Noyabr

Azərbaycanın ət və süd idxalına çəkdiyi xərclər artıb

16:11
26 Noyabr

Azərbaycan və Litva Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb

16:07
26 Noyabr

Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib  

16:05
26 Noyabr

Bakı–Moskva iqtisadi gündəliyində sənaye və ticarət prioritetləri

15:52
26 Noyabr

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!