26 Noyabr 2026 17:09
122
CƏMİYYƏT
A- A+
DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 

DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 


Dövlət Sərhəd Xidmətinin (DSX) “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib

Bu barədə AZƏRTAC-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildiriblər.

Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilib, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev doğma torpaqlarımızın keşiyində dayanmağın, şəhidlərimizin müqəddəs amallarına sadiq qalmağın və dövlət sərhədlərimizin toxunulmazlığını təmin etməyin hər bir sərhədçinin müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulayıb.

Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş bayraqlarını hərbi hissələrin rəhbərlərinə təqdim edib. Döyüş Bayrağının hərbi kollektivin birliyini, döyüş ənənələrini və Vətən qarşısındakı məsuliyyətini təcəssüm etdirdiyi qeyd olunub, diviziyanın şəxsi heyətinin bu müqəddəs rəmzi daim uca tutacağına, xidməti-döyüş tapşırıqlarını əzmlə və şərəflə yerinə yetirəcəyinə əminlik ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” mobil tətbiqi istifadəyə verilib  

18:53
26 Noyabr

Baş nazir Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

17:29
26 Noyabr

DSX-nin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilib 

17:09
26 Noyabr

Qlobal bazarlarda qarışıq mənzərə yaranıb

16:29
26 Noyabr

Azərbaycanda elektromobillərin və hibrid avtomobillərin sayı kəskin artıb

16:23
26 Noyabr

İnfarkt və insultun ilk əlamətləri 30 il əvvəl üzə çıxır  

16:23
26 Noyabr

Azərbaycan sənayesində alüminium istehsal 56,7 faiz artıb

16:22
26 Noyabr

2027-ci ildə Avropada əmlak investorlarının ən çox maraq göstərdiyi 10 şəhər açıqlanıb  

16:12
26 Noyabr

Azərbaycanın ət və süd idxalına çəkdiyi xərclər artıb

16:11
26 Noyabr

Azərbaycan və Litva Avropa İttifaqı ilə ticarət dövriyyəsi barədə fikir mübadiləsi aparıb

16:07
26 Noyabr

Azərbaycan və Çin yaşıl enerji sahəsində birgə əməkdaşlıq perspektivlərini dəyərləndirib  

16:05
26 Noyabr

Bakı–Moskva iqtisadi gündəliyində sənaye və ticarət prioritetləri

15:52
26 Noyabr

Qusarda kənd təsərrüfatına 78,3 milyon manat investisiya qoyulacaq  

15:28
26 Noyabr

Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələri keçirilib

15:13
26 Noyabr

Litvanın xarici işlər naziri Milli Məclisdə olub

15:09
26 Noyabr

Slovakiyanın Baş prokuroru Bakıda: yeni əməkdaşlıq proqramı imzalanıb

14:52
26 Noyabr

Azərbaycan və Slovakiya prokurorluqları arasında təcrübə mübadiləsi aparılacaq

14:34
26 Noyabr

“Reuters”: Tramp dünya ticarətini Çinin təsirindən azad etmək istəyir  

14:20
26 Noyabr

APA-nın komitə iclasında

14:19
26 Noyabr

Çin şirkətləri ilə Azərbaycanda Günəş və dəniz külək enerjisi layihələri müzakirə edilib  

14:14
26 Noyabr

Ağdam Sənaye Parkının rezidenti Britaniyaya ilk məhsulunu ixrac edib

14:13
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!