13 Noyabr 2026 09:21
183
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  


IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində “Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə” mövzusunda tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ilk olaraq iştirakçılara şəhər mühitində təmiz havanın vacibliyinə həsr olunmuş IDEA tərəfindən hazırlanmış qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva hava çirklənməsinin insan sağlamlığına təsirlərindən bəhs edərək, daha sağlam və dayanıqlı şəhərlərin formalaşdırılmasında ekoloji amillərin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi, eləcə də yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyatın təşviqi istiqamətində həyata keçirilən tədbirlərə toxunub. O, həmçinin IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi, ağacəkmə aksiyaları və şəhər mühitinin yaşıllaşdırılmasına yönəlmiş digər təşəbbüslərinin rolunu qeyd edib.

COP29-un Prezidenti, Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev tədbirdə çıxış edərək, havanın keyfiyyətinin yaxşılaşdırılması ilə iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı əlaqəsini vurğulayıb. O, şəhərlərdə zərərli tullantıların azaldılması, dayanıqlı nəqliyyat sistemlərinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali havanın keyfiyyətinin monitorinqi, atmosferə zərərli tullantıların azaldılması, şəhərlərin ekoloji idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərinə xüsusi diqqət yetirib.

Daha sonra tədbir panel müzakirəsi ilə davam edib. Böyük Britaniyanın Lordlar Palatasının və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Patricia Scotlandın moderatorluğu ilə keçirilən paneldə Kopenhagen Universitetinin nümayəndəsi, iqlim və sağlamlıq məsələləri üzrə ekspert Robb Butler, Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Nazirliyi yanında İqlim Dəyişmələri üzrə Milli Mərkəzin direktor müavini Timur Sabitov, eləcə də BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hava keyfiyyətinin tənzimlənməsi və idarə olunması üzrə hüquq mütəxəssisi Renee Gift iştirak ediblər.

Panel çərçivəsində hava çirklənməsinin azaldılması, ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərinin inkişafı, yaşıl infrastrukturun şəhərsalma proseslərinə inteqrasiyası və iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin insan sağlamlığına müsbət təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə havanın keyfiyyətinin yaxşılaşdırılması və daha sağlam şəhər mühitinin yaradılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqinin və iqlim siyasəti ilə ictimai sağlamlıq tədbirlərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  

09:21
13 Noyabr

Övladları ataları ilə fəxr edirlər

09:20
13 Noyabr

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb  

09:16
13 Noyabr

Ömrün hər anında yaratmaq eşqi

09:15
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!