27 İyul 2024 09:31
11262
Turizm
A- A+
Lahıc - zamanların qovuşduğu məkan

Lahıc - zamanların qovuşduğu məkan

 

Üzü dağlara tərəf uzanan yollarda maşınlar gözə çox dəyirdi. Son günlər havalar isti keçdiyindən gediş-gəlişdə canlanma hiss olunurdu. Hamı gözəlliyi dillər əzbəri olan bu qədim məkana tez gedib çatmağa tələsirdi. Söhbət gözəlliyi və qədimliyi ilə diqqətçəkən Lahıcdan gedir. Lahıca aparıb qovuşduracaq yolların da mənzərəsi ayrı bir aləm idi. Hər addımda ehtiyatlı olmalı, avtomobili aşağı sürətlə sürməlisən. Hündür ağaclar sanki yola qalın kölgə salmaq üçün bir-biri ilə əl-ələ tutuşmuşdular. 
Zərnava kəndindəki sərt döngələrin birində maşınların yolun sağ tərəfində bir xətt boyunca ard-arda düzüldüyünü görüb dayanmalı olduq. Fikirləşdik ki, yəqin qəza-filan baş verib. İçimizdə həyəcan yükü, beynimizdə narahat duyğu və düşüncələr maşınların arasından irəli keçib getdik. Qəflətən qarşımızda bu yerlərin gözəlliyinin daha bir möhtəşəm və bənzərsiz səhifəsi açıldı. Yanaşı dayanmış uca dağların arasından şırıltı qopararaq heç yerə tələsməyən çay axıb keçirdi. Sahildə islanmış irili-xırdalı daşlar par-par parıldayaraq sayrışıb göz qamaşdırırdı. Səmaya əl uzadan bir-birinə bənzəməyən iki dağın arasından kanat körpü asılmışdı. Lahıca gedən həm xarici turustlərin, həm də ölkə vətəndaşlarının diqqətini ilk növbədə elə bu asma körpü cəlb edir. Turistlər, uşaqlar körpüylə çıxıb hərəkət etməyə, o tərəf-bu tərəfə adlamağa böyük həvəs göstərirlər. Asma körpü ilə üzbəüz iri və sərt qayalar ilk baxışda adama vahiməli, qorxulu görünür. Amma sonra yavaş-yavaş sanki qayalar adamla doğmalaşır. Qayaların üstündə heç torpağın, suyun belə əli çatmadığı yerlərdə güllər, çiçəklər açmışdı. Bu da təbiətin bir möcüzəsidir. 
Lahıca yaxınlaşdıqca yollar adamda vahimə yaradırdı. Nə vaxtsa buralarda təbiətə güc gəlmək istəyən insanlar, onun nizamını pozmuş, dağları partladıb, qayaları parçalayıb, torpağı yarıb yol çəkmişdilər. Bəzi hündür qayalara baxanda narahat olursan ki, elə indicə hər şey yerindən qopub düşəcək. Uzaqdan baxanda dağların sinəsində xal kimi görünən iri qayalar nərilti-gurultu salaraq üzü aşağı - üstümüzə dığırlanacaq. Ürəyimizdə həyəcan yükü, asta-asta yolumuza davam edirik. Amma nə dağlar yerindən qopur, nə də qayalar üstümüzə aşır. İlk dəfə bu yerlərə ayaq qoyduğumuzdan ətrafdakı gözəlliyə baxmaqdan gözlərimiz doymur. Bilmirik ki, hara, hansı tərəfə daha çox baxaq? 
Lahıc hündür dağların ətəyində yerləşir. Əsrlərdir, bu dağlar Lahıcı ovucunun içində saxlayıb yerdən, göydən gələn təhlükələrdən qoruyur. 
Lahıcın küçələri, döngələri, yolları bir anlıq bizə qədimdən qədim olan İçərişəhərimizi xatırladır. Keçib getdiyimiz küçələrə, məhəllələrə iri, yastı daşlar döşənib. Bu iri daşların üstü ilə addımladıqca sanki hiss edirik ki, burada Yer kürəsi ayağımızın altında daha da möhkəm dayanıb. Burada nələr satılmır? Ürəyindən keçən hər şeyi mağazalarda tapa bilərsən. Ən çox da satışa miskərlik sənətinin nümunələri çıxarılıb. Lahıcda oğullar atalarının, babalarının sənətini böyük həvəslə, sevə-sevə davam etdirib yaşadırlar. Bu gözəl el sənətini çiyinlərində bu gündən gələcəyə daşıyıb aparırlar, nəsildən-nəslə ötürürlər. 
Ətrafda turistlər daha çox gözə dəyir. Mağazaların sırası ilə irəli addımladıqca sanki üzü keçmişə gedirsən. Elə bil burada zaman donub, bu günlə-dünən, keçmişlə-gələcək bir-biri ilə möhkəmcə əl-ələ tutub. 
Lahıca gələn turistlər satışa çıxarılmış qədim əşyalara böyük maraqla baxır, ustalarla şirin-şirin söhbət edirlər. Hiss olunur ki, milli geyimlərimiz turistlərin diqqətini özünə daha çox cəlb edir.
 Daş döşənmiş küçələrlə irəli getdikcə sanki ötən illərlə üz-üzə qalırıq. Ətrafda gördüklərimiz bir anlıq bizi sehrləyir. Sanki sirlərlə dolu olan nağıllar aləminə düşürük. Darısqal küçələrdə tez-tez bulaqlarla da rastlaşırıq. Buz kimi soyuq sudan içir, dağların havasını, gül-çiçəklərinin ətrini ciyərimizə çəkirik. Bulaqlara müxtəlif adlar qoyublar. Bizi ən çox cəlb edən "Qoşa bulaq" oldu. Uca dağlardan dəmir borularla süzülüb gələn su kiçik nohurda birləşərək qıjha-qıjla axıb gedir. 
Dar küçələri xeyli gəzib dolaşdıq, bizi sehrinə salmış gözəllikləri göz dolusu seyr etdik. Ətrafda gördüyümüz hər şey bizi özünə cəlb edirdi. Xeyli gəzib dolaşdıqdan sonra üzü yuxarı bir-birinə söykənən dağlara tərəf getdik. Lahıcın zirvəsi göylərə söykənən dağları küçələrinin, məhəllələrinin gözəlliyinə rəng qatıb tamamlayırdı. 
Addım-addım qabağa getdikcə qulaqlarımıza daim insana rahatlıq və həzinlik gətirən su şırıltısı gəlir. İki əzəmətli dağın arasından çay axır. İlan kimi dağların arasından qıvrılıb keçən çay sanki şırıltısı ilə göz işlədikcə uzanıb gedən bu gözəlliyə, zamanları özündə qovuşduran Lahıca əbədi laylay çalır. Həzin, şirin və doyumsuz bir laylay...

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"                 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:21
13 May

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:21
13 May

A.M.Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında

00:20
13 May

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:20
13 May

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 43-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 noyabr tarixli 228 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:18
13 May

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 8 oktyabr tarixli 46-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:16
13 May

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:15
13 May

"Türkiyə - Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB)" üzvlərinin nəzərinə!

00:14
13 May

"TEMİRLİ QRUP"ASC-nin səhmdarlarının nəzərinə!

00:14
13 May

Hakan Fidan ABŞ Dövlət katibinə Suriya qarşı sanksiyaların ləğvinin əhəmiyyətindən danışıb  

23:08
12 May

Ermənistan ordusu tərəfindən Başlıbel kəndinin əhalisinin məhv edilməsinin şahidi olan şəxslər məhkəmədə ifadə veriblər  

23:04
12 May

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

22:09
12 May

Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib

21:06
12 May

NİİM velosiped və skuter idarə edənlərə müraciət edib

19:59
12 May

Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük

19:57
12 May

Veneranın xarici təbəqəsinin zaman keçdikcə qalınlaşacağı gözlənilsə də...

19:55
12 May

Marian çökəkliyində təəccübləndirici tapıntı

19:40
12 May

Yağan yağışlar çaylarda sululuğu artırıb 

19:03
12 May

Başlıbel faciəsinin şahidi: Ermənistan ordusunun hərbçiləri mülki əhalini görən kimi heç bir sual vermədən öldürürdülər

19:00
12 May

Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib  

18:59
12 May

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru ilə görüş keçirilib  

18:54
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!