10 Oktyabr 2024 16:22
634
CƏMİYYƏT
A- A+
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB 

Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB 

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, cari ilin beşinci iclasında işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Ekoloji məsələlər üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, azad olunmuş ərazilərdə 142 mineral xammal yatağında monitorinq-təftiş işləri aparılıb, işğal dövründə istismar edilmiş həcmlər müəyyənləşdirilib. Həmçinin yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi layihələri üzrə 170-dən artıq məntəqədə yoxlama-təftiş işləri yerinə yetirilib.

Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonları ərazisində məsafədən zondlama üsulu ilə meşə fondu sahələrində nümunə sahələri müəyyənləşdirilib, seçmə üsulu ilə bu sahələrə baxış keçirilib. Həmin meşələrin taksasiya elementləri öyrənilməklə plan-kartoqrafik materialları tərtib olunub. Hazırda Şuşa və Xocalı rayonları üzrə meşə fondu sahələrinin inventarlaşdırılması ilə bağlı müvafiq işlər aparılır.

Vüqar Kərimov deyib ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması ilə bağlı Türkiyə Respublikası ilə birlikdə icra olunan layihələr çərçivəsində ərazinin hasarlanması, tinglik təsərrüfatı üçün istinad divarlarının hazırlanması, eləcə də içməli su, kanalizasiya, yağış suyu, drenaj və suvarma suyu üçün boruların çəkilişi işləri yerinə yetirilib. Həmçinin 16,4 hektar “Dostluq meşəsi”, eləcə də həmin əraziyə bitişik olan 57 hektar torpaq sahəsində terras üsulu ilə yeni yaşıllıq sahəsi salınıb.

“Ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb”, - deyə o vurğulayıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın şəhərinin bərpasının ikinci mərhələsi üzrə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Laçında yaşayış olan yerlərdə bərk məişət tullantılarının idarə edilməsi prioritet məsələlərdən biridir. Bu məqsədlə tullantılar poleqonu üçün yer müəyyənləşdirilib.

Məsim Məmmədov əlvan və qiymətli daşların axtarışını və geoloji qiymətləndirilməsini təklif edib.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı tikinti altına düşən meşə əraziləri ilə əvəzlənmiş sahədə yeni yaşıllıq massivinin salınması işləri barədə iclas iştirakçılarına məlumat verilib. Həmçinin iclasda işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantıları ilə əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası müzakirə olunub.


13:29

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının və Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı tikinti altına düşən meşə əraziləri ilə əvəzlənmiş sahədə yeni yaşıllıq massivinin salınması işləri barədə iclas iştirakçılarına məlumat verilib. Həmçinin iclasda işğaldan azad edilmiş bölgələrdə bərk məişət tullantıları ilə əlaqədar vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu uğurla yekunlaşıb

08:40
26 Oktyabr

Sahil Mühafizəsinin bölmələri su sərhədlərimizin etibarlı keşikçiləridir

08:35
26 Oktyabr

İlham ƏLİYEV: "Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz"

08:30
26 Oktyabr

Qərbin təzyiqləri Gürcüstanı yolundan döndərə bilməyəcək

08:25
26 Oktyabr

Qərb Gürcüstanın daxili proseslərinə açıq şəkildə müdaxilə edir

08:20
26 Oktyabr

Gürcüstan seçim qarşısında: inkişafa və müstəqilliyə davam, yoxsa tamam

08:15
26 Oktyabr

Tarixi ədalətin bərpası Qərbi Azərbaycana qayıdışsız mümkün deyil

08:10
26 Oktyabr

Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz

08:05
26 Oktyabr

BRICS: ədalətli dünya nizamına gedən yolun başlanğıcı

08:00
26 Oktyabr

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!