26 Oktyabr 2024 08:15
265
SİYASƏT
A- A+
Gürcüstan seçim qarşısında: inkişafa və müstəqilliyə davam, yoxsa tamam

Gürcüstan seçim qarşısında: inkişafa və müstəqilliyə davam, yoxsa tamam


Bütün hallarda son sözü gürcü xalqı deyəcək


Bu gün Gürcüstanda keçirilən parlament seçkilərinin hökumətin hansı qüvvələrdən formalaşacağı, daha doğrusu, ölkənin Avropaya inteqrasiya kursu götürəcəyi, yoxsa milli maraqlar naminə inkişaf yolunun davamını seçəcəyi baxımından əhəmiyyəti böyükdür. 

Bəri başdan qeyd edək ki, bu seçkilərin nəticələri Azərbaycan üçün də önəmlidir. Çünki qonşu və dost Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq siyasi və iqtisadi baxımdan özünü hər zaman daha çox müsbət tərəfdən göstərib. Amma nə edəsən ki, Gürcüstandakı bugünkü seçkilər xarici qüvvələr tərəfindən  "geosiyasi seçim" oyununa çevrilib ki, bu da cəmiyyətdə qütbləşməyə səbəb olub. Təbii ki, ölkədə yaranmış bu vəziyyətə görə məsuliyyət təkcə hakimiyyətin  deyil, həm də müxalif partiya liderlərinin üzərinə düşür. Ona görə də qonşu dövlətin gələcək inkişaf yolu ilə bağlı fikir ayrılıqları hələ də mövcuddur. 

Bütün bu proseslər fonunda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli işbirliyi regionun ən davamlı əməkdaşlıq nümunəsi kimi inkişaf edir. Bu əməkdaşlığın təməli genişmiqyaslı iqtisadi layihələrlə qoyulub. Üç ölkə arasındakı mövcud işbirliyi bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı fayda və ümumi mənfəət prinsipləri üzərində qurulub. Azərbaycan-Türkiyə münasibətləri məlumdur. Biz qardaşıq və aramıza heç kim girə bilməz. Türkiyə-Gürcüstan münasibətləri də dostluq, qonşuluq, qarşılıqlı inam və maraq çərçivəsində möhkəm və sarsılmazdır. O ki qaldı Azərbaycan-Gürcüstan münasibətlərinə, bu  iki xalqın  Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən ən yüksək səviyyəyə çatdırılan tarixi dostluq münasibətlərinin üzərinə illərin dolanbacı, keşməkeşi kölgə sala bilməyib. Sonrakı illər bu münasibət strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Gürcüstan-Azərbaycan münasibətləri təkcə iqtisadi deyil, həm də siyasi, hərbi, təhsil, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin Gürcüstanın indiki hakimiyyəti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da bölgədə sülhün və əmin-amanlığın möhkəm və etibarlı təminatıdır. Bu təminatın hesabına iki ölkənin iştirakı ilə həyata keçirilən bütün layihələr dostluq və əməkdaşlıq baxımından dünya üçün  nümunədir.

Gürcüstanda inkişafın və sabitliyin davam etməsi "Gürcü Arzusu" partiyasının strateji hədəfidir. Bu hədəf təbii ki, qonşumuzun xoş niyyətindən irəli gəlir, Cənubi Qafqaz xalqlarının rifahının yaxşılaşdırılması yönümündə yeritdiyi sülh və əmin-amanlıq  siyasətindən doğur. Sirr deyil ki, aylardır Gürcüstanda Qərbin dəfələrlə sınaqdan  keçirdiyi "rəngli inqilab" ssenarisinin  təkrarlanacağı ehtimal olunurdu. Qərb mediası tərəfindən  seçkidə saxtakarlıq olacağı haqqında məlumatların dövriyyəyə  buraxılması,  müxalif qüvvələr tərəfindən seçkinin nəticəsinin tanınmaması, kütləvi iğtişaşlar törədilməsi kimi amillərin ola biləcəyini hesablayan iqtidar əvvəldən belə cəhdlərin qarsına sədd çəkdi. "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu isə həm Qərbi, həm də müxalifəti tərkisilah etdi.

Amma qonşu ölkədə müxalif olmayan siyasi partiyalar da var. Onlar Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, ölkədə sabitliyin daimi olmasına çalışırlar. Bu partiyalar çox aydın dərk edirlər ki, Qərb həqiqətən Gürcüstanın maraqlarını qorumuş olsaydı, Abxaziya və Cənubi Osetiya məsələsi bu qədər uzanmazdı. Qərbin öz siyasətini əsasən vədlər üzərində qurmasını da gürcü xalqı yaxşı bilir və bu səbəbdən ona inanmır.

Gürcüstanda yaşayan azərbaycanlılara gəldikdə, soydaşlarımız ağı qaradan seçməyi yaxşı bilirlər. İndiyə qədər keçirilən bütün seçkilərin nəticələri sübut edir ki, çox zaman azərbaycanlıların səsi həlledici olur. Bugünkü parlament seçkilərində müxtəlif siyasi partiyaların siyahısında 13 azərbaycanlı namizəd var. Təbii ki, oların parlamentdə təmsil edilməsi icma olaraq soydaşlarımızın xeyrinədir. Ona görə də ayıq-sayıq  Gürcüstan vətəndaşları, sağlam düşüncəli azərbaycanlılar kimi başa düşürlər ki, bu seçki  tarixi hadisədir. Bilirlər ki, hazırkı hakimiyyətə qarşı ittihamlar, sanksiya təhdidləri ilə gərginliyi artıqmağa çalışan xarici qüvvələrin əlində oyuncaq olmamaq üçün seçkidə ədalətli mövqe nümayiş etdirmək lazımdır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!