26 Oktyabr 2024 08:25
304
SİYASƏT
A- A+
Qərbin təzyiqləri Gürcüstanı yolundan döndərə bilməyəcək

Qərbin təzyiqləri Gürcüstanı yolundan döndərə bilməyəcək

"Oktyabrın 21-də Tbilisidə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Gürcüstan və Azərbaycan QHT-ləri arasında ictimai iştirakçılıq mövzusunda informasiya mübadiləsi xarakterli konfrans keçirilib. Həmin tədbirdə Gürcüstan və Azərbaycan qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti ekspertləri iştirak ediblər". 

Bu barədə "Azərbaycan" qəzetinə danışan Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, həmin görüşdə müzakirə olunan əsas məsələlər Azərbaycan və Gürcüstanın regionda müstəqil siyasət həyata keçirməsi, region üzrə gündəliyin müəyyən olunmasında söz sahibi olması və bunların bir sıra ölkələri qıcıqlandırması ilə əlaqədar olaraq yayılan müəyyən dezinformasiyalarla bağlı olub. Siyasi institutlarda son dövrlər Gürcüstana müəyyən təsir göstərmək məqsədilə bağlı qətnamələr qəbul edilir, bəyanatlar verilir, bu ölkə sanksiyalarla hədələnir. "Gürcüstanın "xarici agentlər"lə bağlı qanunu, həmçinin LGBT ilə bağlı təbliğatın qadağan olunması bəhanə kimi istifadə edilərək bu ölkəyə qarşı təzyiqlər artırılır. Seçkilərlə əlaqədar da təzyiqlər güclənib. Azərbaycan qeyri-hökumət təşkilatları Gürcüstanda sabit vəziyyətin olmasında maraqlıdır. Qeyri-hökumət təşkilatları kimi milli-mənəvi dəyərlərin qorunmasına çalışırıq, eyni zamanda Gürcüstanın müstəqilliyi uğrunda fəaliyyət göstərən, dövlətçilik və suverenliyi müdafiə edən təşkilatlarla əməkdaşlıq edirik. Gürcüstan qeyri-hökumət təşkilatlarını COP29 QHT koalisiyasının fəaliyyətinə cəlb etmək təklifini də vermişik. Artıq bir neçə gürcü qeyri-hökumət təşkilatı Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan bu koalisiyaya qoşulublar və bizimlə bu istiqamətdə fəal əməkdaşlıq edəcəklər", - deyə idarə heyətinin sədri deyib. 

R.İskəndərli hesab edir ki, Gürcüstanda seçkilərdən sonra da QHT-lər, müstəqillik, suverenlik uğrunda çalışan təsisatlar öz fəaliyyətlərini normal davam etdirəcəklər. Qərbin və digər ölkələrin təzyiqləri bu sahədə hər hansı dəyişikliyə səbəb olmayacaq.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri onu da qeyd edib ki, ölkəmiz regionda müstəqil siyasət yürüdərək söz sahibi olduğuna görə Qərb, ABŞ, Fransa tərəfindən təzyiqlərə məruz qalır. Dövlətimizin müstəqil siyasəti onları müəyyən dərəcədə qıcıqlandırır: "Onlar öz maraqlarına uyğun siyasətin həyata keçirilməsini istəyirlər. Amma bu, əlbəttə ki, bizim regionda mümkün deyil. Bunu görmədikdə isə təzyiqləri, qarayaxma kampaniyalarını intensivləşdirirlər. Bizim əməkdaşlıq etdiyimiz qeyri-hökumət təşkilatları isə regionda sülhün tərəfdarıdırlar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!