26 Oktyabr 2024 08:05
251
SİYASƏT
A- A+
Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz

Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz


Ermənipərəst Avropa Parlamenti ölkəmizlə bağlı qərəzli qətnamələr qəbul etməklə rəzilliyini nümayiş etdirir


Avropa Parlamenti oktyabrın 24-də ölkəmizə qarşı qəbul etdiyi reallıqlardan uzaq, birtərəfli və böhtanlardan ibarət növbəti çirkin qətnaməsi ilə Qərbin antiazərbaycançı şəbəkəsinin ruporu vəzifəsini yerinə yetirdiyini bir daha nümayiş etdirdi. Erməni lobbisindən aldıqları rüşvət müqabilində Azərbaycana qarşı ard-arda qərəzli və heç bir siyasi əhəmiyyətə malik olmayan kağız-kuğuz parçaları qəbul edən korrupsioner avroparlamentarilər bununla guya Bakıya hansısa təzyiq etmək niyyəti güdürlər.  

Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsində zəfər qazanmasını, suverenliyini tam təmin etməsini, Qarabağda separatizmi dağıtmasını Avropa İttifaqının məkr yuvasına çevrilən bu qurum hələ də qəbul edə bilmir. Buna görə də rüşvətxor deputatlar Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud şəkildə pozulması və sair kimi çoxsaylı problemləri həll etmək əvəzinə, ölkəmizlə bağlı qərəzli qətnamələr qəbul etməklə məşğuldurlar. Bununla əlaqədar vəziyyət elə tragikomik hal alıb ki, hətta Vətən müharibəsindən sonra AP-nin müxtəlif bəhanələrlə Azərbaycana qarşı qətnamə adı altında neçə kağız-kuğuz parçası qəbul etdiyinin sayını belə itirmişik. 


Bəs 30 il əvvəl "humanist" avroparlamentarilər harada idilər?!


"Humanizm keşikçisi" AP-nin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı növbəti qətnaməsi ilə tanış olanda görürük ki, yenə də Aİ-nin bu qurumunun məkrli parlamentariləri iş-güclərini bir kənara qoyaraq Azərbaycana qarşı məqsədli hücuma keçiblər. Sözügedən dırnaqarası qətnamədə guya insan hüquqlarının və beynəlxalq hüququn pozulması ilə bağlı ölkəmizə böhtan atılır, heç bir əsası olmayan yalan ittihamlar irəli sürülür. 

Ancaq o da qəribə və sual doğuran haldır ki, indi insan haqlarından ağızdolusu danışan avroparlamentarilər 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən bir milyon azərbaycanlının hüquqlarının tapdalanmasına heç zaman reaksiya verməyib, hansısa qətnamə qəbul etməyib, işğalçı ölkəyə sanksiyaların tətbiqindən dəm vurmayıb, ona təzyiq göstərməyib. Həmin zaman azərbaycanlılar yurdlarından didərgin salınmışdı, etnik təmizləməyə, qətliamlara, soyqırımlarına məruz qalmışdı, qaçqınlıq, məcburi köçkünlük həyatına düçar olmuşdu. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizi mina tarlasına çevirməsi səbəbindən bu günə qədər də insanlarımız yurdlarına qayıtmağa çətinlik çəkirlər.   Lakin nə sirdirsə, riyakar Qərb siyasətçiləri azərbaycanlıların hüquqlarının tapdalanmasına görə ötən onilliklər ərzində bircə dəfə də olsun toplaşıb müzakirələr aparmayıb, təcavüzkar Ermənistana qarşı hansısa qətnamələr qəbul etməyiblər.

Azərbaycan öz hüququnu beynəlxalq normalara uyğun təmin edib. İndi 30 il boyu erməni vandallığı ilə üz-üzə qalan ərazilərində bərpa və quruculuq işləri aparır, onilliklər boyu məhrumiyyətlər içərisində yaşayan, doğulduqları yurdlara həsrət qalan keçmiş məcburi köçkünləri mərhələli şəkildə dədə-baba torpaqlarına qaytarır. Bütün bunlar isə həm də elə insan haqlarının, ədalətin bərpası deməkdir. Lakin Azərbaycanın haqq yolunda uğurla irəliləməsi antitürk, antiislam, anti-Azərbaycan qüvvələrin yuvasına çevrilən Avropa Parlamentinin deputatlarını, sözün əsl mənasında, məyus edir, qəzəbləndirir. Buna görə müasir dövrümüzdə belə səlibçilik, müstəmləkəçilik təfəkküründən qurtula bilməyən ermənipərəst avroparlamentarilər, necə deyərlər, Azərbaycanı "qətnamə atəşi"nə tutublar.


Korrupsiya və rüşvətxorluğun ağır fəsadları 


Azərbaycan Milli Məclisinin AP-nin qəbul etdiyi qərəzli qətnaməni qətiyyətlə pisləyən münasibətində də deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Şərhdə qeyd olunur ki, bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə çalışılır. Eyni zamanda Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyillərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.

"Ölkəmizin qlobal və regional səviyyədə sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması naminə irəli sürdüyü təşəbbüslərə, göstərdiyi səylərə qərəzli münasibət də diqqətdən yayınmır. Təəssüf ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri kimi mühüm bir məsələni siyasiləşdirərək, Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən belə çəkinmirlər", - deyə Milli Məclisin AP-nin qətnaməsinə münasibətində bildirilir ki, bu qətnaməni Avropa Parlamentində dərin kök salmış korrupsiyanın və rüşvətxorluğun ağır fəsadları kimi qiymətləndirsək, hər halda, yanılmarıq. Fransanın, Ermənistanın və erməni lobbisinin yalan narrativləri üzərində qurulmuş bu qətnamə, əslində, əldə olunmuş maddi mənfəətin bir qarşılığıdır.

O da vurğulanır ki, "Avropa Parlamentinin ölkəmiz əleyhinə yönəlmiş bu qətnaməsindən yalnız bir nəticə çıxarmaq olar: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir. Lakin onlar unudurlar ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz".

Göründüyü kimi, Avropa İttifaqının bu qərəzli qurumu növbəti dəfə Azərbaycana qarşı riyakar qətnamə qəbul etməklə ölkəmizə düşmən münasibətdə olduğunu bir daha ortaya qoydu. Ancaq ermənipərəst parlamentin anti-Azərbaycan fəaliyyəti ölkəmizin haqlı və ədalətli mövqeyinə heç bir təsir göstərə bilməz. Sadəcə bu riyakar əməllərlə AP rəzilliyini nümayiş etdirir.


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!