25 Oktyabr 2024 22:40
232
CƏMİYYƏT
A- A+
COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam etdirilir

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə monitorinqlər davam etdirilir

COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

APA xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.

Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!