26 Oktyabr 2024 08:20
270
SİYASƏT
A- A+
Qərb Gürcüstanın daxili proseslərinə açıq şəkildə müdaxilə edir

Qərb Gürcüstanın daxili proseslərinə açıq şəkildə müdaxilə edir


"Gürcüstan qeyri-hökumət təşkilatları ilə müzakirələrdən sonra Qərbin Gürcüstana yüksək təsirini daha aydın hiss etdik. Qonşu ölkədə qeyri-adi hallar baş verməkdədir. Amerika səfiri Gürcüstanın QHT-lərlə bağlı qanuna ehtiyacı yoxdur deyə çıxışlar edir. Belə çıxışlar Gürcüstanın daxili proseslərində Qərbin nə qədər təsiredici gücü olduğunu nümayiş etdirməklə yanaşı, həm də söz sahibi olduqlarını göstərir".

Bu sözləri "Azərbaycan" qəzetinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli deyib. Gürcüstanda rəsmi qeydiyyatda olan qeyri-hökumət təşkilatlarının sayının çox olduğunu deyən Fuad Kərimli əlavə edib ki, əhaliyə, əsasən, qərbyönümlü təşkilatlar təsir edirlər. Ümumiyyətlə, insanların fikrinin formalaşmasında bu təşkilatların rolu böyükdür. 

O düşünür ki, seçkilər nəticəsində vətəndaşlar Aİ ilə yaxınlaşmaq düşüncələri ilə qərbyönümlü QHT-lərin çağırışlarına cavab verəcəklər: "Siyasi analitiklər hakim partiyaya qarşı olan partiyaların yüksək seçici kütləsi olmadığını dedilər. Amma ümumilikdə xalqın istədiyi nəticəni almaması böyük risk daşıyır. Sadəcə ABŞ deyil, başqa ölkə rəsmilərinin də çıxışları Gürcüstanın Qərb üçün strateji əhəmiyyət daşıdığını və onların daxili proseslərə, qanunvericiliyə, xüsusilə, seçkilərə təsir etmək istəklərini bariz şəkildə göstərir. Yalnız ABŞ səfirinin deyil, NATO spikerlərinin, Qərbin başqa ölkələrinin də rəsmilərinin səsləndirdiyi fikirlər onların Gürcüstanda söz sahibi olduqlarını göstərir".

F.Kərimli bildirib ki, xarici dövlətlərin Gürcüstanın daxili siyasətinə, qanunvericiliyinə müdaxilə etməsi və seçkilərlə əlaqədar çağırışlar etməsi qeyri-adi haldır. Bütün bunlar Qərbin Gürcüstanda 15-20 il ərzində QHT sektoruna 100 milyonlarla dollar yatırım etməsinin, qrantlar ayırmasının nəticəsidir. Amma Gürcüstan ABŞ-dəki seçkilər və ya qanunvericilik haqqında fikirlər səsləndirmir və ya aksiyalarda, görüşlərdə xalqa açıq-aşkar çağırışlar etmir. 

Ekspert vurğulayıb ki, Qərbdən maliyyələşən QHT-lər bəzi qüvvələrin Avropa İttifaqına yaxınlaşma istəyindən istifadə edib Qərbin maraqlarını öz ölkələrində tətbiq etməyə çalışırlar. Sadə vətəndaşlar hazırda bunu çox hiss etməsə də, Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi yüksəkdir. Seçkilərin nəticəsi onların istədiyi kimi olmasa, QHT-lər mobilizasiyaya keçərək nəticə əldə etməyə çalışacaqlar. 

O xatırladıb ki, Tbilisidə "Gürcüstan və Azərbaycanda QHT-lərin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi" tədbirində Avropaya meyilli olmayan təşkilatlar Azərbaycanın Qərbin təzyiqlərinə baxmayaraq, necə uğurlu müstəqil siyasət yürütdüyünü, ölkəmizdəki QHT-lərin fəaliyyəti barədə maraqlandıqlarını deyib. "Onlara Qərbin təsirindən necə çıxmalı olduqlarının yolunu göstərməyə çalışdıq. Düşünürəm ki, Gürcü xalqında bu iradə var, sadəcə Qərb tərəfindən maliyyələşdirilən 30 mindən çox QHT öz maraqlarını qoruyur", - deyə F.Kərimli bildirib.


Əsmər QABİL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!