26 Oktyabr 2024 08:40
179
CƏMİYYƏT
A- A+
"COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu uğurla yekunlaşıb

"COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu uğurla yekunlaşıb


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən "COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumu beş gün davam edərək uğurla yekunlaşıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və AzMİU Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşan forum "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində həyata keçirilib. 

Forum ölkəmizin evsahibliyi edəcəyi  COP29 tədbirinə töhfə vermək, tələbələr arasında ekoloji şüuru yüksəltmək istiqamətində mühüm addım olub. 

Forumun ilk günü açılış mərasimi və üç əsas panel müzakirələrlə yadda qalıb. Panel müzakirələr "Müasir şəhərsalmada dayanıqlılıq amilləri", "Enerjidən qeyri-səmərəli istifadə iqlim dəyişikliklərinin səbəbi kimi" və "Su ehtiyatlarından istifadə və ekoloji dayanıqlılıq problemləri" mövzuları ətrafında olub. 500-dən çox iştirakçının qatıldığı bu müzakirələrdə dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri və ekoloji davamlılıq mövzuları sahə mütəxəssislərinin çıxışları ilə geniş müzakirə olunub. 

Bununla yanaşı, "İkinci həyat - dizaynerlərin gözü ilə" adlı tullantılardan hazırlanmış maket sərgisi ilk günün diqqətçəkən tədbirlərindən olub.

Növbəti günlərdə isə tələbələrin iştirakı ilə müxtəlif ekoloji tədbirlər keçirilib. Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin təşkil etdiyi "BrainStorming" yarışında 110-dan çox tələbə bir araya gələrək ekoloji problemlərin həlli üçün innovativ ideyalar təqdim edib. Onlar, eyni zamanda ekoloji mövzuda biliklərini nümayiş etdiriblər. 

TGT-nin nəzdində CreArt Klub tərəfindən tələbələr üçün  iki vörkşop da təşkil olunub. Vörkşoplarda 150-dən çox tələbə iştirak edib, onlar tullantılardan maketlər hazırlayıb, dibçəklər üzərində rəsmlər çəkərək ekoloji problemlərə nəzər yetiriblər. 

Forumun önəmli hissələrindən biri isə Xəzər sahillərində təşkil olunan təmizlik aksiyası olub. 100-dən çox tələbə bu aksiyaya qatılaraq sahillərin tullantılardan təmizlənməsinə öz töhfələrini veriblər. Bundan əlavə, 120-dən çox tələbə Bakının xüsusi seçilmiş ərazisində genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib.  Aksiyalar təbiəti qorumaq, ekoloji davamlılığı təşviq etməkdə mühüm rol oynayıb. 

Forumun yekununda universitetin həyətində 150 nəfərin iştirakı ilə fləşmob təşkil edilib. 

Forum AzMİU tələbələrinin ekoloji problemlərin həllinə verdikləri töhfələri, "yaşıl dünya" naminə həmrəyliyin gücünü və bir neçə həftə sonra gerçəkləşəcək COP29 konfransına dəstəklərini nümayiş etdirmək məqsədini daşıyıb.

AzMİU tələbələrinin COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində göstərdikləri fəallıq, ekoloji problemlərin həllinə gənclərin mühüm töhfəsini ortaya qoyur, o cümlədən onların ətraf mühitə olan məsuliyyətlərini gücləndirir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!