16 Sentyabr 2026 12:44
164
İQTİSADİYYAT
A- A+
Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  


Hazırda dünyada mühüm proseslər baş verir, qlobal risklər artır. Biz bir sıra geosiyasi risklərlə qarşı-qarşı olduğumuz və regional inteqrasiya layihələrinin xüsusi əhəmiyyət qazandığı bir dövrdən keçirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.

Onun sözlərinə görə, belə layihələrdən biri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əlaqələrin, xüsusilə iqtisadi və ticarət münasibətlərinin inkişafına imkan yaradır. Kürşad Zorlu qeyd edib ki, Bakıda keçirilən Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı çərçivəsində planlaşdırılan layihələri ölkələrində tətbiq etməyə çalışacaqlar.

“TDT-yə üzv ölkələrin illik ümumi daxili məhsulunun məcmusu 2,4 trilyon dollara çatıb. Bu göstərici Türk Dövlətləri Təşkilatını dünyanın ən böyük 10 iqtisadiyyatından birinə çevirir. Qarşıdakı dövrdə türk dövlətləri arasında iqtisadi inteqrasiya yalnız regional əməkdaşlığımız baxımından deyil, həm də qlobal miqyasda böyük əhəmiyyət daşıyır. Biz istəyirik ki, qarşıdakı dövrdə xarici ticarətimizi sürətlə artıra biləcək ortaq xarici ticarət platformasını qısa müddətdə həyata keçirək. Türkiyə olaraq bu istiqamətdə “Karavan” adlı layihə hazırlamışıq. Digər dövlətlərimizin təkliflərini də birlikdə qiymətləndiririk. Rəqəmsal platforma istifadəyə verildikdən sonra türk dövlətlərində fəaliyyət göstərən şirkətlər öz məhsullarını həm qarşılıqlı bazarlarda, həm də dünya bazarlarında təqdim etmək imkanına malik olacaq”, – deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

13:06
16 Sentyabr

Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur  

13:01
16 Sentyabr

Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir

13:00
16 Sentyabr

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar  

13:00
16 Sentyabr

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib  

12:58
16 Sentyabr

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir  

12:57
16 Sentyabr

Azərbaycan formalaşdırdığı multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunədir  

12:56
16 Sentyabr

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

12:55
16 Sentyabr

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik  

12:47
16 Sentyabr

Qərbi Azərbaycan İcması bəyanat yayıb

12:46
16 Sentyabr

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

12:45
16 Sentyabr

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  

12:44
16 Sentyabr

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

12:44
16 Sentyabr

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur  

12:43
16 Sentyabr

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür  

12:42
16 Sentyabr

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır  

12:41
16 Sentyabr

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  

12:28
16 Sentyabr

Qızıl və gümüş bahalaşıb

12:22
16 Sentyabr

Neft ucuzlaşır 

12:19
16 Sentyabr

Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi

12:05
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!