16 Sentyabr 2026 12:56
132
SİYASƏT
A- A+
Azərbaycan formalaşdırdığı multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunədir  

Azərbaycan formalaşdırdığı multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunədir  

“Hazırda türk dövlətlərinin və xalqlarının birliyi üçün mühüm addımlar atılır. Türk dövlətləri arasında  siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Türk Dövlətləri Təşkilatının (TDT) yaradılması türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində tarixi addımdır. Artıq hər il TDT-nin zirvə toplantıları çərçivəsində, eləcə də ikitərəfli münasibətlər kontekstində türk dövlətlərinin münasibətlərinin gücləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, son illər TDT-nin sammitlərində qəbul olunan qərarlar artıq türk dünyasını dünyaya qlobal güc kimi təqdim edir. Nəzərə alaq ki, TDT müstəvisində təkcə Zirvə görüşləri keçirilmir, türk dövlətlərinin müvafiq dövlət qurumlarının, strukturların təşkilatlanmış platformaları da yaradılıb və onların da vaxtaşırı toplantları keçirilir. Təqdirəlayiq haldır ki, bu prosesdə Azərbaycan çox fəal iştirak edir. Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünün  keçirilməsi də bunun göstəricisidir. Ümumilikdə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar. Eyni zamanda, Bakıda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Sentyabrın 15-də Prezident İlham Əliyev beynəlxalq konfransların nümayəndələrini qəbul edərkən hər iki tədbirin Bakıda keçirilməsinin böyük mənası olduğunu vurğulayıb. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik. Türk və müsəlman dünyası tarixən  böyük mütəfəkkirlər yetişdirib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı da dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş edib. Dövlətimizin başçısının görüşdə  Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzulinin adlarını çəkməsi xalqımızın zəngin irsinin ifadəsidir. Nəzərə alaq ki, bu şəxslər bütövlükdə türk-müsəlman dünyası üçün çox böyük dəyərdir. Onların hər biri öz dövründə türk-müsəlman ədəbi-mədəni mühitinin tanınmış nümayəndələri ilə əməkdaşlıq ediblər. Ona görə də, xalqlarımızın müasir əlaqələrində də bu zəngin tarixi irs mühüm rol oynayır.  

“Prezident İlham Əliyev çıxışında türk dövlətləri və xalqları arasında həmrəyliyin gücləndirilməsi, türk-İslam mənəvi və mədəni dəyərlərinin təşviqi ilə bağlı önəmli fikirlər səsləndirib. Nəzərə alaq ki, bu gün dünyada terrorizm, ekstremizm, separatizm, islamofobiya, türkofobiya, məzhəblərarası ayrı-seçkilik mövcuddur. Belə bir şəraitdə birliyimiz və həmrəyliyimiz çox vacib şərtdir. Nəzərə alaq ki, Azərbaycan dünyada  multikulturalizm və tolerantlıq məkanı kimi tanınır və sivilizasiyalararası əməkdaşlığın təşviqində mühüm rol oynayır. Ölkəmizin formalaşdırdığı bu mükəmməl model dünya üçün bir nümunədir”, - deyə Samir Vəliyev vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

13:06
16 Sentyabr

Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur  

13:01
16 Sentyabr

Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir

13:00
16 Sentyabr

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar  

13:00
16 Sentyabr

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib  

12:58
16 Sentyabr

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir  

12:57
16 Sentyabr

Azərbaycan formalaşdırdığı multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunədir  

12:56
16 Sentyabr

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

12:55
16 Sentyabr

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik  

12:47
16 Sentyabr

Qərbi Azərbaycan İcması bəyanat yayıb

12:46
16 Sentyabr

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

12:45
16 Sentyabr

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  

12:44
16 Sentyabr

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

12:44
16 Sentyabr

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur  

12:43
16 Sentyabr

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür  

12:42
16 Sentyabr

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır  

12:41
16 Sentyabr

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  

12:28
16 Sentyabr

Qızıl və gümüş bahalaşıb

12:22
16 Sentyabr

Neft ucuzlaşır 

12:19
16 Sentyabr

Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi

12:05
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!