16 Sentyabr 2026 12:05
139
SİYASƏT
A- A+
Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi

Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi


Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan kimi özünəməxsus mövqeyə malik olub. Bu coğrafiyanın yaratdığı mənəvi mühit xalqımızın dünyagörüşündə birlik, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi dəyərlərin formalaşmasına mühüm təsir göstərib.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən, müşahidəçilərdən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakıda dini liderlərin toplantısı ilə böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni günlərdə keçirilməsi Azərbaycan mənəvi irsinin müasir dövrün ictimai və beynəlxalq gündəliyi ilə əlaqələndirilməsinin nümunəsidir.

Seyid Yəhya Bakuvi Azərbaycan düşüncə tarixinin mühüm simalarındandır. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı irs xalqımızın mənəvi yaddaşının zənginliyini nümayiş etdirir. Bu böyük adların hər biri Azərbaycan düşüncəsinin ayrı bir səhifəsini təşkil edir. Bu mənəvi irsin müasir dövlətçilik tarixində davamlılıq qazanmasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli-mənəvi dəyərlər, tarixi yaddaş və xalqın bütövlüyü mühüm yer tuturdu. Dahi Rəhbər bu barədə qeyd edirdi ki: “Milli-mənəvi dəyərlərimizin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, böyük şəxsiyyətləri, elm və mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar.” 

Təsadüfi deyil ki, Ümummilli Liderin təşəbbüsü ilə Bibiheybət məscidinin bərpası dini irsə dövlət qayğısının mühüm nümunələrindən biri kimi yadda qalıb.

Bu xətt müasir dövrdə də davam etdirilir. İlham Əliyevin çıxışlarında milli və dini dəyərlərin qorunması, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi xüsusi yer tutur. Cənab  Prezidentin dünənki Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər də bu yanaşmanın mahiyyətini aydın göstərir. Dövlət başçısı vurğulayıb ki, “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.”  İslam həmrəyliyinin əməli addımlarla gücləndirilməsi istiqamətində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən tədbirlər, dini liderlərin görüşləri mühüm nümunələrdir.

Burada Azərbaycanın coğrafi mövqeyi də xüsusi əhəmiyyət qazanır. Azərbaycan Türk dünyası ilə Qafqazın, eyni zamanda İslam aləminin mühüm kəsişmə nöqtələrindən biridir. Bu mövqe ölkənin müxtəlif dövlətlər və xalqlar arasında dialoqa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya töhfə verməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin çıxışında dini liderlərin bir araya gəlməsi də məhz birlik və əməkdaşlıq baxımından dəyərləndirilməlidi. 

Bu yanaşmanı fəlsəfi baxımdan İmanuel Kantın sülh haqqında düşüncələri ilə əlaqələndirmək mümkündür. Kant dövlətlər arasında davamlı sülhün hüquqa, qarşılıqlı etimada və əməkdaşlığa söykənməsini vacib hesab edirdi. Onun fəlsəfəsində sülh sadəcə siyasi vəziyyət deyil, insanlığın gələcəyini müəyyənləşdirən mənəvi və hüquqi prinsip kimi meydana çıxır. 

Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa prosesi bu baxımdan xüsusi məna daşıyır. Böyük Qayıdış Proqramı çərçivəsində insanların doğma torpaqlarına qayıtması, şəhər və kəndlərin yenidən qurulması, sosial infrastrukturun yaradılması bütöv bir həyat məkanının dirçəldilməsini ifadə edir. Cənab  Prezident çıxışında artıq 48 şəhər və kənddə insanların məskunlaşdığı və 90 mindən çox insanın Qarabağ və Şərqi Zəngəzurda yaşadığı qeyd etdi.

Əlbətdə ki, bu quruculuğun mənəvi tərəfi isə məscidlərin bərpasında özünü göstərir. Ağdam məscidinin bərpa olunan ilk obyektlərdən biri olması xüsusi rəmzi məna daşıyır. Sonrakı mərhələdə dağıdılmış və zədələnmiş digər məscidlərin də bərpası həyata keçirilib. Cənab İlham Əliyevin rəsmi çıxışından 12 məscidin bərpa edilərək yenidən qurulduğu və prosesin davam etdiyini bilirik. Əslimdə məscid burada yalnız dini məkan funksiyası daşımır. O, yaddaşın, mədəniyyətin və tarixi bağlılığın simvoluna çevrilir. Ağdam məscidinin yenidən ucalması şəhərin fiziki quruculuğu ilə yanaşı, onun mənəvi yaddaşının da bərpasını ifadə edir.

Azərbaycanın sülh gündəliyi də bu mənzərənin mühüm hissəsidir. Prezident İlham Əliyev çıxışında müharibədən sonra sülhə doğru atılan addımları Azərbaycanın gələcək inkişafı və regionun sabitliyi baxımından mühüm istiqamət kimi təqdim etdi. Türk dünyasının və Qafqazın təhlükəsizliyi üçün siyasi iradə, əməkdaşlıq və qarşılıqlı etimad xüsusi əhəmiyyət daşıyır.

Məsələyə qlobal müstəvidən yanaşsaq, Azərbaycan nümunəsində mənəvi irslə müasir dövlətçilik arasında canlı əlaqə meydana çıxır. Seyid Yəhya Bakuvinin düşüncə dünyası mənəvi dəyərləri, Heydər Əliyevin dövlətçilik irsi milli yaddaşı və dövlətçilik şüurunu, müasir Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi isə bu dəyərlərin beynəlxalq müstəvidə ifadəsini önə çıxarır.

Bu üç istiqamətin ortaq məqamı insan və cəmiyyət həyatında mənəvi dayaqların əhəmiyyətidir. Tarixi yaddaş xalqın özünüdərkini gücləndirir, milli və dini dəyərlər cəmiyyətin mənəvi bağlarını möhkəmləndirir, əməkdaşlıq isə bu dəyərləri daha geniş coğrafiyada qarşılıqlı anlaşmaya çevirir.

Bakıda dini liderlərin və mütəfəkkirlərin bir araya gəlməsi də məhz bu baxımdan xüsusi məna daşıyır. Seyid Yəhya Bakuvinin irsinin müzakirə olunduğu bir şəhərdə müxtəlif ölkələrin dini liderlərinin görüşməsi Azərbaycanın tarixi yaddaşı ilə müasir dünyanın sülh və dialoq axtarışlarının bir müstəvidə görüşməsidir. Azərbaycanın bu prosesdə ortaya qoyduğu əsas xətt mənəvi irsin qorunması, milli yaddaşın yaşadılması, dini dəyərlərə hörmət və xalqlar arasında əməkdaşlığın genişləndirilməsi üzərində qurulur. Bu yanaşma Azərbaycanın tarixdən gələn mənəvi sərvətlərini müasir dövlətçilik və beynəlxalq münasibətlər müstəvisində yaşatmaq cəhdinin ifadəsidir.

Seyid Yəhya Bakuvinin əsrlər əvvəl formalaşdırdığı düşüncə irsi, Heydər Əliyevin dövlətçilik məktəbi və Azərbaycanın müasir sülh gündəliyi müxtəlif dövrlərin hadisələri kimi görünsə də, onları birləşdirən əsas xətt insanın və cəmiyyətin mənəvi dayaqlara söykənən inkişafıdır. Bu baxımdan Bakıdakı görüşlər sadəcə dini toplantı xarakteri daşımır, eyni zamanda  tarix, mənəviyyat, dövlətçilik və sülh ideyasını eyni düşüncə məkanında birləşdirir. Azərbaycanın zəngin tarixi irsi isə bu dialoqun mənəvi əsasını təşkil edir.


Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

12:45
16 Sentyabr

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  

12:44
16 Sentyabr

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

12:44
16 Sentyabr

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur  

12:43
16 Sentyabr

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür  

12:42
16 Sentyabr

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır  

12:41
16 Sentyabr

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  

12:28
16 Sentyabr

Qızıl və gümüş bahalaşıb

12:22
16 Sentyabr

Neft ucuzlaşır 

12:19
16 Sentyabr

Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi

12:05
16 Sentyabr

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var 

11:50
16 Sentyabr

“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

11:46
16 Sentyabr

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

11:44
16 Sentyabr

“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır

11:42
16 Sentyabr

QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

11:38
16 Sentyabr

AK Parti sədrinin müavini: Orta Dəhliz üzrə daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər

11:35
16 Sentyabr

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

11:33
16 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

11:28
16 Sentyabr

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

11:25
16 Sentyabr

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub

11:23
16 Sentyabr

Baş katib: 180 milyonluq əhali bizim iqtisadi potensialımızın miqyasını göstərir

11:18
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!