16 Sentyabr 2026 12:28
161
SİYASƏT
A- A+
Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  


Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də bu baxımdan xüsusi məna daşıyır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, eyni günlərdə Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi heç də təsadüfi deyil: “Əslində bu iki tədbir Azərbaycan dövlətinin tarixə, milli-mənəvi irsə, Türk dünyasının birliyinə və İslam həmrəyliyinə münasibətinin bir-birini tamamlayan istiqamətlərini ifadə edir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz dahi şəxsiyyətləri, mütəfəkkirləri və şairləri ilə hər zaman fəxr edir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi böyük töhfələrin göstəricisidir. Bu şəxsiyyətlərin hər biri yalnız öz dövrünün deyil, bütün bəşəriyyətin mənəvi xəzinəsinə daxil olmuş dəyərlərin daşıyıcısıdır. XV əsrdə yaşamış və yaratmış Seyid Yəhya Bakuvi də həmin böyük mənəvi məktəbin nümayəndələrindəndir. Onun irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Xüsusilə dünyada qarşıdurmaların, parçalanmaların və dini ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Bakuvi irsindəki mülayimlik, mənəvi kamillik, insan ləyaqətinə hörmət və həmrəylik ideyaları xüsusi əhəmiyyət kəsb edir. Məhz buna görə Yəhya Bakuvi Beynəlxalq Konfransının Türk dünyasının dini liderlərinin toplantısı ilə eyni vaxtda keçirilməsi dərin simvolik məna daşıyır. Bir tərəfdə əsrlərin sınağından çıxmış mənəvi irs, digər tərəfdə isə müasir dövrdə həmin irsin daşıyıcıları olan xalqların və dövlətlərin birliyinə çağırış var”.


Deputat bildirib ki, Azərbaycan həm Türk dünyasının ayrılmaz parçasıdır, həm də Qafqazın mühüm dövlətidir: “Möhtərəm Prezident İlham Əliyev çıxışında Türk dünyası ilə Qafqaz coğrafiyasının tarixi və siyasi-mədəni əlaqələrinə diqqət çəkərək Azərbaycanın bu iki məkan arasında mühüm birləşdirici rolunu xüsusi qeyd etdi. TDT-yə üzv olan yeganə Qafqaz ölkəsi kimi Azərbaycanın mövqeyi Türk dünyası ilə Qafqaz arasında əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu gün Bakıda Türk dünyasının, Şimali Qafqazın, Gürcüstanın və digər müsəlman ölkələrinin dini liderlərinin bir araya gəlməsi də məhz həmin tarixi və mənəvi bağların müasir müstəvidə davamıdır. Belə görüşlər yalnız dini məsələlərin müzakirə edildiyi platformalar deyil. Bunlar həm də sülhün, qarşılıqlı hörmətin, humanizmin və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm imkanlardır. Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr isə artıq konkret əməli fəaliyyətlərlə müşayiət olunur. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm hadisə idi. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan həmin Oyunlara yalnız idman yarışı kimi deyil, böyük birlik bayramı kimi yanaşırdı. Qarşıdakı dövrdə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin İslam dünyasında fəal və birləşdirici rolunun daha bir göstəricisidir”.

Parlamentari vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tədbir iştirakçılarına Azərbaycanın 30 il ərzində üzləşdiyi işğalın ağır nəticələri və hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə də toxunub. Dövlətimizin başçısı işğal illərində şəhər və kəndlərimizin dağıdıldığını, insanların öz doğma torpaqlarından didərgin salındığını, məscid və digər dini abidələrin məhv edildiyini diqqətə çatdırıb. Eyni zamanda, bu gün həmin ərazilərdə böyük quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını və Qarabağın yenidən dirçəldiyini bildirib: “Xalqımız 30 il ərzində işğalın ağır nəticələri ilə üzləşib.İşğal illərində Azərbaycanın tarixi və dini-mədəni irsinə də böyük zərbə vurulub. Qarabağ və Şərqi Zəngəzurda məscidlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb və təhqir edilib. Prezident İlham Əliyevin bildirdiyi kimi, 65 məscid Ermənistan tərəfindən tamamilə dağıdılıb, digər məscidlərə də ciddi ziyan vurulub. Biz bunları heç vaxt unutmamalıyıq və unutmayacağıq. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən qətnamələri qəbul olunsa da, uzun illər ərzində onların icrası təmin edilmədi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da nəticə vermədi. Daha da təəssüf doğuran məqam ondan ibarət idi ki, bəzi dövlətlər Ermənistanın işğal siyasətinə qarşı real addımlar atmadılar. Ermənistanın işğalına görə ciddi təzyiqlərlə üzləşməməsi, Azərbaycana isə sonrakı dövrdə fərqli münasibət göstərilməsi beynəlxalq münasibətlərdə ikili standartların olduğunu göstərirdi. Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək Avropa Parlamentinin Azərbaycana münasibətini, Ermənistanın işğalı dövründəki mövqeyini kəskin tənqid etdi. Azərbaycan bütün bu illərdə öz haqq səsini dünyaya çatdırdı. Lakin nəticədə ərazi bütövlüyümüzü və suverenliyimizi öz gücümüz hesabına bərpa etdik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm Zəfərlə Azərbaycan uzun illər davam edən ədalətsizliyə son qoydu”.

S.Salmaniva söyləyib ki, bu gün vaxtilə dağıdılmış şəhərlərimiz yenidən qurulur, kəndlərimiz bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar: ““Böyük Qayıdış” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər infrastruktur obyektləri yaradılır. Qarabağın dirçəlişi yalnız tikinti-quruculuq işlərindən ibarət deyil. Burada Azərbaycanın milli-mənəvi irsi də bərpa olunur. İşğal zamanı dağıdılmış məscidlərin yenidən qurulması, yeni ibadət yerlərinin tikilməsi bunun ən mühüm göstəricilərindəndir”.

Deputat sonda qeyd edib ki, Azərbaycan bu gün sülh tərəfdarıdır. Ermənistanla münasibətlərin normallaşdırılmasını və regionda davamlı sülhün bərqərar olmasını istəyir. Lakin sülh keçmişi unutmaq demək deyil: “Xocalı soyqırımı, dağıdılmış şəhər və kəndlərimiz, məhv edilmiş məscidlərimiz, doğma torpaqlarından didərgin salınmış insanlar xalqımızın yaddaşında daim yaşayacaq. Azərbaycan öz tarixini və dəyərlərini qoruyaraq gələcəyə doğru gedir. Biz Zəfərimizi unutmuruq, itkilərimizi unutmuruq, amma eyni zamanda sülh və əməkdaşlıq üçün yeni səhifə açmağa çalışırıq. Əsas məqsəd isə bölgədə davamlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin təmin edilməsidir”.


“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub  

13:08
16 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq 

13:06
16 Sentyabr

Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur  

13:01
16 Sentyabr

Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir

13:00
16 Sentyabr

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar  

13:00
16 Sentyabr

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib  

12:58
16 Sentyabr

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir  

12:57
16 Sentyabr

Azərbaycan formalaşdırdığı multikulturalizm və tolerantlıq modeli dünya üçün nümunədir  

12:56
16 Sentyabr

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

12:55
16 Sentyabr

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik  

12:47
16 Sentyabr

Qərbi Azərbaycan İcması bəyanat yayıb

12:46
16 Sentyabr

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

12:45
16 Sentyabr

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır  

12:44
16 Sentyabr

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

12:44
16 Sentyabr

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur  

12:43
16 Sentyabr

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür  

12:42
16 Sentyabr

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır  

12:41
16 Sentyabr

Tarixi yaddaş, milli iradə və ədalətin zəfəri  

12:28
16 Sentyabr

Qızıl və gümüş bahalaşıb

12:22
16 Sentyabr

Neft ucuzlaşır 

12:19
16 Sentyabr

Türk dövlətlərinin mənəvi həmrəylik fəlsəfəsi

12:05
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!