05 Noyabr 2024 23:03
130
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib  

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib  

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin II hissəsi baxımından, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından dövlət təltiflərinin talanmasına görə cinayət məsuliyyətinin fərdiləşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində “Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

01:36
06 Noyabr

“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 mart tarixli 63 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:35
06 Noyabr

Xərçəngin müalicəsi üçün yeni üsul aşkarlanıb

23:21
05 Noyabr

Donald Tramp: Ölkəmiz çətin vəziyyətdədir

23:06
05 Noyabr

Xəzər dənizində suitilərin kütləvi tələfatı davam edir  

23:05
05 Noyabr

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib  

23:03
05 Noyabr

Lavrov: Rusiya Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır  

22:59
05 Noyabr

ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub  

22:58
05 Noyabr

COP29 zamanı Ombudsman təsisatı tərəfindən panel müzakirələrin təşkili nəzərdə tutulub  

22:56
05 Noyabr

Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib  

22:55
05 Noyabr

Dəniz Vağzalında “Xəzərin qoruyucuları: mayaklar və xalçalar” adlı sərgi baş tutub 

22:44
05 Noyabr

“COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” - dəyirmi masa  

22:35
05 Noyabr

Xankəndidə əhali üçün kardioloji müayinələr və Qarabağ Universitetində maarifləndirmə aksiya təşkil edilib

21:17
05 Noyabr

“WhatsApp”da yeni funksiya istifadəyə verilib

20:19
05 Noyabr

İsveçdə Quranı yandıran Rasmus Paludan 4 aylıq həbs cəzası alıb  

20:11
05 Noyabr

Türkiyədə neft emalı zavodunda partlayış baş verib

20:01
05 Noyabr

Almaniya polisi ifrat sağçı qruplaşmanın 8 üzvünü saxlayıb

19:47
05 Noyabr

Təxirə salınmış "Zirə" - "Araz-Naxçıvan" matçının təyinatları müəyyənləşib

19:34
05 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ilk günü yekunlaşıb YENİLƏNİB

19:23
05 Noyabr

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təşviqi məqsədilə məlumatlandırma sessiyaları keçirilib  

19:22
05 Noyabr

Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır  

19:21
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!