05 Noyabr 2024 22:35
636
COP29
A- A+
“COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” - dəyirmi masa  

“COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” - dəyirmi masa  

Rumıniyanın aparıcı universitetlərindən biri - beş min tələbənin təhsil aldığı Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Sədrliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib. Tədbir Azərbaycanın Rumıniyadakı səfirliyi və Rumın-Amerikan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə ali məktəbin rəhbərliyi, Rumıniyanın beyin mərkəzlərinin nümayəndələri, universitetdə təhsil alan xarici və yerli tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Kostel Negriçea COP29 ərəfəsində Azərbaycanın COP29 Sədrliyinə həsr olunan tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini akademik ictimaiyyətin elmi və dövlət qurumları arasında dialoqun qurulması, tədbir barədə məlumatlandırılması baxımından vacibliyini vurğulayıb. O, universitetin iqlim dəyişmələri və fəsadları, planetimizin ekologiyasının qorunmasına yönəlmiş elmi layihələrdə iştirakı barədə danışıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində ölkəmizin strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.

Rumıniyanın Dayanıqlı Yanacaq Assosiasiyasının prezidenti Vlad Stoiçesku çıxışında dünyada, əsasən Avropada baş verən təbii fəlakətlərin iqlim dəyişmələrindən qaynaqlandığını bildirib, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin mahiyyətinə toxunub. O, Azərbaycanın qaz istehsal və təchiz edən ölkə olaraq alternativ hidrogen və yaşıl enerji layihələrində iştirakını bütün region ölkələri üçün nümunəvi addım kimi dəyərləndirib. V.Stoiçesku ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəşəriyyətin enerji istehsalında istifadə etdiyi ənənəvi resursların azalması istiqamətində qlobal addımların atılmasının, COP29 kimi platformalarda dünya liderləri tərəfindən ekoloji problemlərin müzakirəsinin vacibliyini qeyd edib.

Rumıniyanın enerji sahəsində aparıcı beyin mərkəzi olan “Energy Policy Group” (EPG) beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu COP29-da Rumıniya qeyri-hökumət təşkilatlarının nümayəndələrinin planlaşdırılan iştirakı barədə məlumat verib. O, iqlim dəyişikliyi ilə mübarizənin Rumıniya üçün prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, dövlətin və qeyri-dövlət qurumlarının ekologiya sahəsinə verdiyi töhfədən danışıb.

Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!