27 Noyabr 2024 21:03
6425
COP29
A- A+
Səudiyyə qəzeti COP29-un nəticələri barədə yazıb  

Səudiyyə qəzeti COP29-un nəticələri barədə yazıb  

Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu qəzeti olan “Əş-Şarq əl-Avsət”də “COP29: İqlimin maliyyələşdirilməsində 300 milyard dollar razılaşdırılıb” başlıqlı yazı dərc olunub.

AZƏRTAC Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə istinadla xəbər verir ki, yazıda Bakıda keçirilmiş COP29 konfransının nəticələri, onun iqlim böhranının həllinə verə biləcəyi töhfələr, iqlim maliyyələşməsi üzrə əldə edilmiş razılaşma, eləcə də dünya liderlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin bu sənədə dair bəyanatlarına toxunulub. Qeyd olunub ki, ABŞ Prezidenti Co Bayden sənədi tarixi razılaşma adlandıraraq, onu iqlim böhranı ilə mübarizədə “vacib addım” kimi qeyd edib. BMT-nin Baş katibi Antonio Quterreş isə COP29-un nəticəsini “üzərində qurmağa imkan verən bir təməl” hesab edib.

İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən razılaşma, temperaturun rekord həddə çatacağı gözlənilən növbəti ildə qlobal istiləşməni məhdudlaşdırmaq üçün beynəlxalq səylərə təkan vermək məqsədi daşıyır. Razılaşmaya əsasən, 2035-ci ilə qədər hər il 300 milyard dollar veriləcək. Bu məbləğ gələcəkdə qlobal istiləşməyə uyğunlaşmaq üçün vəsaitə ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə gedəcək və xərcləri ödəyəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çətin danışıqlara baxmayaraq, nəticəni bəşəriyyət üçün sığorta siyasəti kimi qiymətləndirib. O əlavə edib: "Çətin bir səyahət idi, lakin biz razılığa gəldik. Bu saziş təmiz enerji bumunu artırmağa və milyardlarla insanın həyatını qorumağa davam edəcək. Amma hər hansı sığorta polisi kimi, o da yalnız sığorta haqlarının tam və vaxtında ödənildiyi halda işləyəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!