05 Noyabr 2024 19:47
96
DÜNYA
A- A+
Almaniya polisi ifrat sağçı qruplaşmanın 8 üzvünü saxlayıb

Almaniya polisi ifrat sağçı qruplaşmanın 8 üzvünü saxlayıb


Almaniya polisi ifrat sağçı qruplaşmanın üzvü olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. Bu barədə Almaniya prokurorluğu bildirib.

Bəziləri azyaşlılar və yeniyetmələr olan şübhəlilərin “Saksoniya separatçıları” adlı təxminən 15-20 nəfərlik qrupun bir hissəsi olduğu güman edilir. Prokurorluğun kommünikesində qruplaşmanın irqçi, antisemit və qismən apokaliptik ideyaları ilə xarakterizə olunduğu bildirilir.

Müstəntiqlərin fikrincə, qrup Saksoniyada və ola bilsin ki, digər Şərqi Almaniya rayonlarında “nasional-sosializmdən ilhamlanan hökumət və ictimai strukturlar yaratmaq üçün” hakimiyyəti ələ keçirməyi planlaşdırıb.

"Hətta etnik təmizləmə də onların qeyri-insani planlarının bir hissəsidir", - deyən ədliyyə naziri Marko Buşman  əlavə edib ki, həbslər Almaniyanın konstitusiya dövlətinin və demokratik quruluşunun "təhdid altında" olduğunu və "müdafiəyə ehtiyacı olduğunu" xatırladır.

8 nəfər Saksoniyanın müxtəlif yerlərində,  qruplaşmanın  lideri olduğu iddia edilən şəxs isə Polşada saxlanılıblar. 450-dən çox polis və xüsusi təyinatlılar 20 binada axtarış aparıblar.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya polisi ifrat sağçı qruplaşmanın 8 üzvünü saxlayıb

19:47
05 Noyabr

Təxirə salınmış "Zirə" - "Araz-Naxçıvan" matçının təyinatları müəyyənləşib

19:34
05 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin ilk günü yekunlaşıb YENİLƏNİB

19:23
05 Noyabr

Azərbaycanın COP29 çərçivəsində enerji təşəbbüslərinin təşviqi məqsədilə məlumatlandırma sessiyaları keçirilib  

19:22
05 Noyabr

Faktiki hava: Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır  

19:21
05 Noyabr

YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib  

19:20
05 Noyabr

“Qarabağ” Avropa Liqasının oyunu üçün Norveçə yollanıb  

19:19
05 Noyabr

Kol Durham: İqlim probleminin həlli yolunda dini liderlərin fikirləri çox mühümdür  

19:17
05 Noyabr

Lika Jorjoliani: COP29-un Bakıda keçirilməsi region dövlətləri üçün də önəmlidir  

19:17
05 Noyabr

Ötən ay 300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub  

19:16
05 Noyabr

Qarabağ və Şərqi Zəngəzurdan olan bələdçilərə təlimlər keçirilib

19:15
05 Noyabr

Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub  

19:13
05 Noyabr

Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib  

19:12
05 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb  

19:10
05 Noyabr

Küveytin nazir müavini: İqlim dəyişikliyi ilə mübarizədə birlikdə çalışmalıyıq

18:53
05 Noyabr

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib

18:52
05 Noyabr

“Mahir Emreli böyük pul alırdı, kluba “yük” idi”

18:41
05 Noyabr

UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyunu portuqaliyalı hakimlərə tapşırıldı  

18:40
05 Noyabr

İsrail klubu “Beşiktaş”a görə UEFA-dan tələb etdi: Yalnız Bakıda…  

18:39
05 Noyabr

“Michelin” Fransadakı iki zavodunu bağlayır

18:37
05 Noyabr

ARDNF-in İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib  

18:02
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!