05 Noyabr 2024 15:33
108
DÜNYA
A- A+
ABŞ-də səsvermə başlayıb

ABŞ-də səsvermə başlayıb


ABŞ-də prezident seçkiləri çərçivəsində seçki məntəqələri açılıb. Bu barədə Amerika mediası məlumat yayıb.

Ölkədə ilk məntəqələr Bakı vaxtı ilə 14:00-də Vermontda açılıb. Bununla belə, ştatdakı bütün məntəqələr eyni vaxtda açılmayacaq və bəzi şəhərlərdə 19:00-a qədər qapılarını açmayacaqlar.

Növbəti məntəqələr Konnektikut, Kentukki, Men, Nyu-Cersi, Nyu York və Virciniya ştatlarında  15:00-da açılacaq.

Ən son seçki məntəqələri Havayda açılacaq -20:00.

İlk məntəqələr Corciya, İndiana, Kentukki, Cənubi Karolina, Vermont və Virciniya ştatlarında 04:00, sonuncular isə Havay və Alyaskada (çərşənbə 09:00) bağlanacaq. Telekanal qeyd edir ki, Vaşinqton ştatında əhalinin əksəriyyəti poçtla səs verir, Oreqon ştatında isə seçki məntəqələrində səsvermə təmin olunmadığından bütün əhali bu üsuldan istifadə edir.

Artıq 82,7 milyondan çox insan erkən, demək olar ki, 45 milyonu seçki məntəqələrində, 38 milyonu isə poçt vasitəsilə səs verib.

Nyu-Hempşir ştatında yaşayanların kiçik bir qrupu ilk olaraq səs verib. 1960-cı ildən başlayan ənənəyə görə, ilk səsvermə yerli vaxtla gecə yarısı (Bakı vaxtilə 09:00) kiçik Diksvil qəsəbəsində baş tutub. Qəsəbədə cəmi 6 seçici var. Onlardan 3 nəfəri  vitse-prezident və Demokratlar Partiyasından namizəd Kamala Harrisə, daha 3 nəfər isə keçmiş prezident və respublikaçı namizəd Donald Trampa səs verib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ARDNF-in İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib  

18:02
05 Noyabr

MDB ölkələrinin liderləri ənənəvi olaraq dekabrın sonunda görüşəcəklər  

18:02
05 Noyabr

Pakistanın Cunaqat əyalətinin Baş naziri: Kimyəvi silahların istifadəsi təbiətə ciddi ziyan vurub  

17:32
05 Noyabr

COP29-a hazırlıqla bağlı Dövlət Miqrasiya Xidməti tədbirə qədərki dövr üçün planlaşdırılan işləri yekunlaşdırmaq üzrədir  

17:31
05 Noyabr

Vladimir Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişi üzərində iş aparılmasına gələcəkdə də kömək edəcək  

17:27
05 Noyabr

Azərbaycan səfiri etimadnaməsini Rusiya Prezidentinə təqdim edib

17:01
05 Noyabr

Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNİB 

17:00
05 Noyabr

Ravil Qaynutdin: Azərbaycan mənəvi inkişafın, tarixi və dini dəyərlərin qorunub saxlanmasının tərəfdarıdır  

16:47
05 Noyabr

Maliyyə sektorunun COP29 zamanı planlaşdırılan fəaliyyət sahələri müzakirə olunub

16:46
05 Noyabr

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərin davranışına görə ziyana düşüb

16:25
05 Noyabr

Baş nazir Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib  

16:24
05 Noyabr

bp şirkətində çalışan azərbaycanlı işçilərin sayı artıb

16:14
05 Noyabr

Okeanın dibində oksigen aşkar edilib  

16:00
05 Noyabr

“Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu çapdan çıxıb

15:57
05 Noyabr

Şamil Ayrım: Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır  

15:36
05 Noyabr

Tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir

15:35
05 Noyabr

ABŞ-də səsvermə başlayıb

15:33
05 Noyabr

Komor adaları yaxınlığında azı 25 miqrant həlak olub

14:50
05 Noyabr

Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir  

14:45
05 Noyabr

Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır  

14:44
05 Noyabr

Kol Durham: Dini icmaların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var  

14:44
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!