08 İyul 2026 10:30
172
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb


Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Cinayət-Prosessual Məcəllənin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F. Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələrinin və 71-ci maddəsinin II və VII hissələrinin, Cinayət-Prosessual Məcəllənin 1.2, 8, 9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlı, onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə əlçatanlığını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.

Cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlılığının araşdırılması zamanı yalnız onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır.

Cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinin və cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması baxımından qanuniliyinin və əsaslılığının yoxlanılması Cinayət-Prosessual Məcəllənin səkkizinci bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

QHT-lərin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi

12:10
08 İyul

Geoloq: Xəzərin geri çəkilməsi nəticəsində mövcud dəniz dibi davamlı şəkildə dəyişir

12:07
08 İyul

Ekspert: Rəqəmsal inkişafda QHT-lərin və vətəndaş cəmiyyətinin rolu artırılmalıdır

12:05
08 İyul

SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

12:00
08 İyul

“ƏDV geri al” layihəsi üzrə 104 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb

11:50
08 İyul

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb

11:45
08 İyul

Daşkənddə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub

11:35
08 İyul

Yeni təmayül tədris modelinə qeydiyyat iyulun 20-dək davam edəcək

11:25
08 İyul

Xalqın Prezident İlham Əliyevə yüksək etimadı qarşılıqlı inamın nəticəsidir

11:20
08 İyul

FHN: Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

11:15
08 İyul

NATO-nun Baş katibi: Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq saxlanılmalıdır

11:10
08 İyul

Süni intellekt dövründə uşaq hüquqlarının müdafiəsi üzrə beynəlxalq koalisiya yaradılıb

11:05
08 İyul

Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib

11:00
08 İyul

Birinci Türkoloji Qurultayın 100 illiyi və vahid türk hüququnun formalaşması perspektivləri

10:40
08 İyul

Konqoda Ebola virusuna yoluxanların sayı 1700-ü ötüb

10:35
08 İyul

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

10:30
08 İyul

Qızılın qiyməti son bir həftənin minimumuna enib

10:25
08 İyul

Paytaxtın və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

10:20
08 İyul

Azərbaycan nefti 75 dollara satılır 

10:15
08 İyul

Dünya çempionatı: 1/4 finalın cütlükləri və oyun təqvimi 

10:10
08 İyul

ABŞ 100 ildən sonra ilk dəfə dairəvi olmayan xatirə sikkəsi buraxacaq

10:05
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!