26 İyun 2025 09:50
1234
Mədəniyyət
A- A+
Keşməkeşli ömür yolu...

Keşməkeşli ömür yolu...


Vətəninə, xalqına misilsiz xidmətləri ilə Azərbaycan tarixində adı unudulmaz olan məşhur Rəfibəylilər nəslinin nümayəndəsi idi Cavad bəy. O, 1890-cı ildə Gəncə şəhərində dünyaya gəlmişdi.

O vaxtlar ölkəmiz çar Rusiyasının müstəmləkəsi altında idi. Azərbaycanın bu qədim şəhərinin tarixi adının dəyişdirilməsi, Yelizavetpol adlandırılması da həmin işğalın acı nəticələrindən biri idi. 

Hələ XIX əsrin əvvəllərində - 1804-cü il yanvarın 3-də Gəncə xanlığı çar Rusiyası qoşunlarının işğalına məruz qaldıqdan sonra çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Gəncə şəhəri Yelizavetpol adlandırılmışdı. Çar hökuməti tərəfindən xanlıq üsul-idarəsi ləğv edilmiş, Yelizavetpol dairəsi yaradılmışdı. 1840-cı ildə isə dairə qəzaya çevrilmişdi. Ancaq adı rəsmi şəkildə dəyişdirilsə də, nəinki gəncəlilər, bütün Azərbaycan xalqı bu qədim şəhərlərini öz tarxi adı ilə - Gəncə adlandırırdılar.

Cavad bəy Hadı bəy oğlu Rəfibəyli belə bir zamanda dünyaya göz açdı, böyüdü. O, 1898-ci ildə Yelizavetpol (Gəncə) kişi gimnaziyasında təhsil almağa başladı. 1908-ci ildə gimnaziyanı bitirdi. 1911-ci ildə Kiyev İmperator Universitetinin Tarix-genologiya fakültəsinə əmisi Ələkbər bəy Rəfibəylinin məsləhəti ilə daxil oldu. 

Ali təhsilini 1916-cı ildə başa vurdu. Vətəninə qayıtdı. Bir zamanlar  oxuduğu Yelizavetpol kişi gimnaziyasına latın dili müəllimi təyin edildi. Cavad bəy Rəfibəyli həmin təhsil ocağında latın dilini tədris edən ilk türk müəllim oldu. Cavad bəy alman, fransız, latın, ərəb, fars və rus dillərini bilirdi.

Müəllim peşəsinə böyük məsuliyyətlə yanaşması, həvəslə çalışması diqqətdən yayınmadı. Çox keçmədi ki, o, Temirxan-Şura Müəllimlər Seminariyasına direktor təyin edildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın vətənpərvər oğlu Cavad bəy Rəfibəylinin də həyatına böyük ümidlər gətirdi. Yeni hökumətin ölkədə mövcud olan kütləvi savadsızlığın aradan qaldırılması, maarifin inkişafı istiqamətində əsaslı işlər həyata keçirdiyi bir vaxtda o da pedaqoq kimi bilik və bacarığını əsirgəmirdi. 1918-ci il dekabrın 31-də xalq maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə Cavad bəy Rəfibəyli Gəncə Gimnaziyasının müfəttişi, 1919-cu il oktyabrın 1-dən isə gimnaziyanın direktoru təyin olundu. 

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bütün sahələrdə geniş işlər aparılır, təxirəsalınmaz tədbirlər həyata keçirilirdi. Ölkənin vətənsevər, təəssübkeş övladları müstəqil hökumətin bərqərar olması naminə çalışırdılar. Gəncə Gimnaziyasının direktoru olduğu zaman Cavad bəy Rəfibəyli də təhsil sahəsində mühüm islahatlar apardı. Həmin gimnaziyada iki il ərzində təhsil alan azərbaycanlıların sayının bir neçə dəfə artması Cavad bəyin böyük əməyinin nəticəsi idi.

Gəncə Şəhər Dumasının 1920-ci il aprelin 15-də keçirilən iclasında səs çoxluğu ilə Ağalar bəy Səfikürdski Dumanın sədri, Cavad bəy Rəfibəyli isə onun müavini, Həsən bəy Fəttahov şəhər başçısı, Məşədi Musa Verdiyev və Qafar bəy Rəfibəyov isə bələdiyyə üzvləri seçildilər.

1920-ci ilin aprelində bolşeviklərin hücumu nəticəsində Azərbaycan Xalq Cümhuyyəti süquta uğradı. Ölkədə hakimiyyət bolşeviklərin əlinə keçdi. O vaxtdan Azərbaycanın vətənpərvər övladlarının qara günləri başladı. Cavad bəy Rəfıbəyli də 1927-ci ildə gimnaziyada yeritdiyi türkçülük və millətçilik xəttinə görə Gəncədən uzaqlaşdırıldı.

1927-ci ildə Bakı Dövlət Universitetində "Şərq incəsənəti tarixi" kafedrasına müəllim göndərilən Cavad bəy incəsənətşünaslıq fənnindən dərs deməyə başladı. Universitetin dosenti adını 1930-cu ildə aldı. 1941-ci ilədək o eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Şurasının kino ekskursiyası bürosunda mühazirəçi, Bakı Tikiş Tresti təlimatçılar kurslarının müdiri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda lektor, Azərbaycan Dövlət Rəssamlıq və Azərbaycan Dövlət Teatrı məktəblərində incəsənət tarixi müəllimi, Azərbaycan Qiyabi Texniki Təhsil İnstitutunun rus şöbələrində Azərbaycan dili müəllimi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan şöbəsində elmi əməkdaş, Elmlər Akademiyasının aspiranturasında müəllim, Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda rus və Azərbaycan dilləri kafedrasında müəllim vəzifələrində çalışdı.

Cavad bəy Rəfibəyli 1941-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi məsləhətçisi və muzeyin bədii şurasınm üzvü seçildi. O, Azərbaycanın mədəniyyətinə aid bir sıra sanballı əsərlərin müəllifi kimi də tanındı.

Cavad bəyin beş övladı - üç qızı, iki oğlu var idi. Həyatı axarına düşmüş kimi görünsə də, əslində, sovet hökuməti onu da "unutmamışdı". Sovet hökumətinin repressiya qılıncı Cavad bəy Rəfibəylinin də başının üzərində dolaşırdı.

1941-ci il sentyabrın 1-də Cavad bəy ailəsi ilə birlikdə Qazaxıstana sürgün olundu. Məşəqqətli sürgün həyatı 1947-ci ildə bitdi. Sürgündən azad edildikdən sonra Bakıya dönən Cavad bəy Rəfibəyli Bakı Dövlət Universitetində və İncəsənət İnstitutunda yenidən fəaliyyətə başlasa da, davam etdirə bilmədi. Çünki sovet hökuməti dövründə sürgündən qayıdanların paytaxtda yaşaması və işləməsi müşkül məsələ idi. Cavad bəy Rəfibəyliyə Bakıda çalışmaq imkanı verilmədi. O, Gəncəyə getdi. Orada pedaqoji fəaliyyət göstərdi. Gəncədə rus dili müəllimi işlədi.

Maarif xadimi Cavad bəy Rəfibəyli 1956-cı il yanvar 28-də vəfat etdi. O, doğma vətəni Azərbaycanı yenidən müstəqil görmək ümidi ilə bu dünyadan köçdü. 1990-cı illərdə Sovet İttifaqının dağılması, Azərbaycanın yenidən müstəqilliyinə qovuşması bəzi vətənsevərlərimiz kimi Cavad bəy Rəfibəylinin də görmədiyi, amma gerçəkləşən arzusu oldu...


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!