04 May 2026 15:12
116
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatını və hüquqi islahatları əhatə edən qanun dəyişiklikləri plenar iclasa tövsiyə olunub

Kənd təsərrüfatını və hüquqi islahatları əhatə edən qanun dəyişiklikləri plenar iclasa tövsiyə olunub


Mayın 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Bu barədə AZƏRTAC-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri Tahir Rzayev gündəliyə iki məsələnin daxil edildiyini bildirib. Əvvəlcə “Yaşıllıqların mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə təqdim edib. Qeyd olunub ki, qanun layihəsinə edilən dəyişikliklərin əsas məqsədi əkin və çoxillik əkmələr üçün nəzərdə tutulmuş kənd təsərrüfatı torpaqlarında istehsala mane olan yaşıllıqların (ağac, kol və digər bitkilərin kökündən çıxarılması və ya kəsilməsi) götürülməsinin hüquqi əsaslarını və mexanizmini formalaşdırmaqdır. Layihə bu cür maneələrin aradan qaldırılmasını qanunla icazə verilən hallar sırasına daxil edir və xüsusilə kolların kəsilməsi üçün sadələşdirilmiş prosedur tətbiqini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, sənəd əkin təyinatlı torpaqlarda müasir texnologiyaların daha səmərəli tətbiqinə, məhsuldarlığın yüksəlməsinə, fitosanitar mühitin yaxşılaşdırılmasına, su resurslarından istifadənin səmərəliyinin artırılmasına və istehsal prosesində texniki maneələrin aradan qaldırılmasına xidmət edəcək.

Daha sonra Mülki Məcəllədə, Vergi Məcəlləsində, Rəqabət Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “Taxıl haqqında” , “Beynəlxalq xüsusi hüquq haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Çayçılıq haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Pambıqçılıq haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm haqqında”, “Kredit büroları haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Daşınar əmlakın yüklülüyü haqqında”, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri bildirib ki, sənəddə komitənin profilinə uyğun qanunlara edilən dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihələri ilə bağlı müzakirələrdə çıxış edənlər məsələlərlə bağlı qeydlərini, təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lənkəranda tələbələr üçün “Müasir yatırım imkanları” Master Klass keçirilib

19:44
04 May

Amsterdamda ət və yanacaq reklamları qadağan edildi

19:41
04 May

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb 

18:36
04 May

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

18:32
04 May

Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür  

18:28
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib

18:07
04 May

Hörmüz boğazında gərginlik: İran ABŞ gəmilərinə xəbərdarlıq atəşi açıb

18:01
04 May

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:57
04 May

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri 18 faizdən çox artıb

17:53
04 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

17:49
04 May

Hörmüzün yaratdığı iqtisadi itkilər artır, ABŞ-nin aviasiya şirkəti fəaliyyətini dayandırıb  

17:15
04 May

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 2

17:09
04 May

Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  

17:08
04 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:03
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!