04 May 2026 17:49
572
PARLAMENT
A- A+
Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

Mayın 4-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə S.Qafarova PAİ-nin Milli Məclislə uğurlu əməkdaşlıq etdiyini, xüsusilə 2021-ci ildən etibarən Azərbaycan parlamenti deputatlarının PAİ-də daha da fəallaşdıqlarını və bu qurumda rəhbər vəzifələrdə təmsil olunduqlarını diqqətə çatdırıb. O, Milli Məclisin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığından və Baş katib Martin Çunqonqun bu əməkdaşlığa dəstək verməsindən razılıqla danışıb. Sahibə Qafarova həm qarşılıqlı əməkdaşlığın inkişafı baxımdan, həm də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşlərinin təşkilində göstərdiyi səylərə görə PAİ-nin Baş katibinə minnətdarlığını bildirib. Bu görüşlərin xalqlar arasında etimadın qurulması prosesinə parlamentlərin töhfəsi olduğunu qeyd edən S.Qafarova Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və bunun da parlamentlər arasında əməkdaşlıq üçün daha geniş imkan yaradacağına inamını ifadə edib.

PAİ-nin insanların bir-birini dinləyə biləcəyi və dialoq qurduğu çox mühüm bir platforma olduğunu deyən Milli Məclisin sədri Prezident İlham Əliyevin PAİ ilə əlaqələrin inkişafına verdiyi dəstəyin və göstərdiyi diqqətin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

PAİ-nin Baş katibi Martin Çunqonq onun bu quruma rəhbərlik etdiyi dövrdə PAİ-Azərbaycan əlaqələrinin transformasiya olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan PAİ ilə əlaqələrin inkişaf etdirilməsinə həmişə sadiq olub. O deyib ki, bu gün Azərbaycan bu qurumda öz fəaliyyəti ilə diqqəti cəlb edir. Baş katib Azərbaycanın PAİ-nin tədbirlərində fəal iştirak etdiyini, Milli Məclisin nümayəndələrinin rəhbər vəzifələrdə təmsil olunduğunu, tərəflər arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Milli Məclisi sədrinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə rəhbərliyi həm Şəbəkənin inkişafı, həm də onun PAİ ilə əlaqələrinin inkişafında böyük rol oynayıb.

Qeyd olunub ki, iki ölkə arasında sülh prosesi çərçivəsində Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun yaradılmasına nail olunması PAİ-nin əsas məqsədi olan sülhə xidmət edir. Qonaq Prezident İlham Əliyevin PAİ ilə əməkdaşlığa verdiyi mühüm dəstəyə görə təşəkkürünü bildirib və diqqətə çatdırıb ki, onun bu səfəri Azərbaycanın bu quruma etimadının və inamının bir göstəricisidir.

Söhbət zamanı Baş katib Azərbaycanda COP29 çərçivəsində keçirilmiş Parlament konfransında əldə edilmiş uğurları yüksək qiymətləndirib. Bildirib ki, bu uğurlar sayəsində bütün dünya parlamentlərin səfərbərlik gücünün şahidi oldu.

Görüşün sonunda parlamentlər arasında konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə, Azərbaycan Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfələrə görə PAİ-nin Baş katibi Martin Çunqonq Milli Məclisin Fəxri Medalı ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İordaniya mediası Bakıda keçirilən WUF13-dən yazıb

09:24
26 May

Ermənistan qarışır

09:05
26 May

Qurban ətinin emalı və saxlanılması zamanı nələrə diqqət edilməlidir

09:00
26 May

Musiqinin canlı ruhu

08:55
26 May

Həkim, alim və dövlət xadimi

08:50
26 May

"Yaşıl dünya"nın xilaskarları

08:45
26 May

Möhtəşəm, lakin "səssiz" və təhlükəsiz kəmər

08:40
26 May

Bakı yenidən qlobal enerji və logistika mərkəzinə çevrilir

08:35
26 May

Avropa Parlamenti reallıq hissini çoxdan itirib

08:30
26 May

WUF13-ün tarixi zəfəri

08:27
26 May

WUF13 bir çox ilkə imza atdı

08:25
26 May

Daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

08:20
26 May

Tiranada Albaniya Həmkarlar İttifaqları Konfederasiyasının 35 illiyi qeyd olunub

08:15
26 May

Ağdam şəhərinə növbəti köç yola salınıb

08:12
26 May

Regional liderlikdən qlobal aktorluğa 

08:10
26 May

Müstəqilliyimiz güclü və əbədidir

08:05
26 May

Prezident İlham Əliyevin liderliyinin daha bir nümunəsi 

08:00
26 May

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:01
26 May

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

"Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

05:00
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!