16 Aprel 2024 17:18
296
CƏMİYYƏT
A- A+
Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

 

Aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib və onların suallarını cavablandırıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Komitə sədrinin qəbulunda əksəriyyəti keçmiş məcburi köçkün olan vətəndaşların müraciətləri müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamdakı Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8,92 milyon manatdır

21:04
20 Sentyabr

Nazir müavini Şəki şəhər 6 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub  

21:01
20 Sentyabr

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

20:51
20 Sentyabr

Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları Gədəbəydə dəfn edilib 

20:32
20 Sentyabr

Ağdamda istehsal olunacaq dam örtükləri məhsullarının 90 faizi yerli, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub

20:25
20 Sentyabr

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxsin ekstradisiyası təmin edilib

20:23
20 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “A grammar of contemporary Azerbaijani” adlı dərs vəsaitinin təqdimatında iştirak ediblər

20:18
20 Sentyabr

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

20:17
20 Sentyabr

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib

20:16
20 Sentyabr

ABŞ səfiri: Azərbaycanla “yaşıl enerji” və dekarbonizasiya sahəsində əməkdaşlığa hazırıq

20:15
20 Sentyabr

DGK sədri Qobustanda vətəndaşlarla görüşüb

20:13
20 Sentyabr

Livana ikinci dəfə hava zərbələri endirildi

19:08
20 Sentyabr

ABŞ-nin Məxfi Xidməti İlon Maskın paylaşımını araşdırır 

18:59
20 Sentyabr

Bu smartfonlar üçün yeni çatbot yaradılıb

18:52
20 Sentyabr

Sentyabrın 22-si axşamadək Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək

18:43
20 Sentyabr

Türkiyədə İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinən 88 şəxs saxlanılıb

18:32
20 Sentyabr

AFFA rəhbərliyi Fransada işgüzar görüşlər keçirib

17:59
20 Sentyabr

Ağdamda istehsal olunan ayaqqabılar həm də ixrac ediləcək 

17:50
20 Sentyabr

Vitali Borisov komandasından razı qalıb

17:48
20 Sentyabr

Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

17:41
20 Sentyabr

Ağdam Sənaye Parkında ildə 2,1 milyon ədəd rulon divar kağızı istehsal ediləcək 

17:37
20 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!